“The Newyork Times”-dan Trampa: Sakit ol!
Posted on : Digər sahələr 01/04/2018
Qəzet, ABŞ prezidentinə, İranda baş verən iğtişaşlar barədə səssiz qalmasını tövsiyə edib.
Trampın sosial şəbəkələrdə bu barədə olan paylaşımlarının həddən artıq olduğunu yazan qəzet bildirib: “Hələ bu iğtişaşlarla və məsələnin nəylə nəticələnəcəyiylə bağlı konkret məlumat yoxdur. Lakin məlum olan budur ki, ABŞ-ın bu iğtişaşlara açıq aşkar olaraq dəstəyi, xeyirdən çox ziyana səbəb olacaq.”
Trampın dövlət rəsmilərinin əksərinin bu barədə olan düşüncələrinə toxunan qəzet bildirib: “Məmurlarının əksəri bu düşüncədədir ki, İrana təsir qoymaq üçün ilk öncə bu ölkədə qurulan islam dövləti aradan getməlidir. Trampın iğtişaşçılar üçün qəhrəman olaraq tanınmaq istəməsinə səbəb, Barak Obamanın 2009-cü ildə yaranan fürsətdən lazımınca istifadə edə bilməməsidir. Tramp İranda olan müxaliflər üçün müsbət rol oynaya bilməz. İran xalqının dövlətə münasibətindən asılı olmayaraq, onlar, iqtisadi böhranlarına səbəb olan və ABŞ-a səfər etmələrinin qarşısını alan şəxslə həmsəda olmağı istəməzlər.”
Məqalənin sonunda, Trampın siyasətlərinin ABŞ-ı öz beynəlxalq müttəfiqlərindən ayırdığını yazan “The Newyork Times” bildirib: “Tramp nüvə sazişini ləğv edib, İran əleyhinə sanksiyaları yenidən icra edərsə müxaliflər üçün faydalı iş görmüş olacaq. İğtişaşçıların uğur qazanması üçün ən yaxşı yol heç bir addım atmamasıdır.”
Həftənin cümə axşamı günü, Məşhəd sahibkarlarnın iqtisadi durumla bağlı etirazları, ölkənin digər şəhərlərində də oxşar hadisələrə səbəb olub.
Kermanşah, Rəşt, Sari, Qum, Qəzvin və Həmədandan əldə olunan məlumata görə, bu şəhərlərdə etiraz aksiyaları təşkil olunub və sərt şüarlar səsləndirilib.
Ən böyük etiraz aksiyası, cümə günü Kermanşahda qeydə alınıb.
İnqilab əleyhinə olan medialar bu etirazların siyasi olduğunu inandırmaq istəsələr də, lakin görünən budur ki, etirazçıların əksərinin toplanma səbəbi iqtisadi artımlardır. Onlar siyasi şüarları eşitsələr də, onlara qoşulmayıblar.