Çin ABŞ-ın İranın daxili məsələlərinə müdaxilə etməməsini istədi
Posted on : iran 01/03/2018
Çin Xarici İşlər Nazirliyi ABŞ-dan İran İslam Respublikasının daxili məsələlərinə müdaxilə etməkdən çəkinməsini istəyib.
Mehr İnformasiya Agentliyinin məlumatına görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qonq Şuanq çərşənbə günü Pekində jurnalistlərə verdiyi açıqlamada deyib: İranın bəzi şəhərlərində son de-stabilliklər daxili məsələdir və heç bir ölkənin ona müdaxilə etmək haqqı yoxdur.
Qonq Şuanq əlavə edib: Region ölkələri, o cümlədən Suriya və İraq böhranlarında məğlubiyyətlə üzləşən və təcrid oolan ABŞ bu vasitə ilə İran İslam Respublikasından intiqam almaq niyyətindədir.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü ümidvarlıq edib ki, İran İslam Respublikasında stabillik davamlı olacaq və bu ölkə gün-gündən inkişaf edəcək.