Sidneydə 99 günbəzli məscid - FOTO
Posted on :
Digər sahələr
01/02/2018
Avstraliyada 340 məscid var
Avstraliyanın Sidney şəhərində cəsarətli dizaynı ilə digər məscidlərdən fərqlənən məscid Ramazan ayında istifadəyə veriləcək.
Maide.Az “CNN” xəbər saytına istinadən məlumat verir ki, Məscid zahiri görnüşünə görə, digər məscidlərdən fərqlənir. 99 günbəzli məscidin tikintisi üçün 9 milyon dollar vəsait sərf olunub. Məscidin tikintisi başa çatıb və artıq bəzi tamamlanma işləri aparılır.
Punch Bowl bölgəsi üzrə İslami heyətin sədri Zəkəriyya Metyuz deyib ki, son illər Avstraliyada məscid tikintisi üçün lisenziyanı almaq çox çətiləşib. Lakin sevindirici halqdır ki, şəhər şurası bu məscidin tikintisi üçün layihəni tez qəbul etdi.Və bunun səbəbi məscidin yeni modern dizayn layihəsinin olması idi.
Avstraliyada 340 məscid var ki, onların yarısından çoxu Sidney şəhərinin cənubunda Punch Bowl bölgəsində yerləşir.