header

 Tel-Əviv və Vaşinqton İranla mübarizə aparmaq üçün gizli layihə hazırlayıb

İsrailin “10”-cu kanalı yayımladığı xəbərdə, Tel-Əvivin xüsusi heyətinin Vaşinqtona səfərindən yazıb.

Xəbərə görə, ABŞ və İsrailin ali rütbəli komandaları son günlərdə, ortaq görüş keçirərək, İran əleyhinə strareji layihə hazırlayıblar. Bu layihəyə əsasən, İranın nüvə proqramları və bölgə fəaliyyətləri əleyhinə bir neçə qrup yaradılacaq.

Medianın bildirdiyinə əsasən, cari ayın 12-si, İsrail baş nazirinin milli təhlükəsizlik məsləhətçisi Meir bin Şabat, İsrail kabinəsinin diplomatik, məlumat və hərbi rəsmiləri ilə birlikdə gizli olaraq Vaşinqtona səfər edib. Bu heyət Ağ Evdə, ABŞ dövlətinin milli təhlükəsizlik müşaviri Herbert Mek Misterin başçılığı olan heyətlə görüş keçirib. Görüşdə ABŞ-ın məlumat agentliyi, müdafiə və xarici işlər nazirliyindən nümayəndələr də iştirak edib.

ABŞ dövlətinin yüksək rütbəli məmurlarından biri bildirib: “2 gün danışıqlar aparıldıqdan sonra, tərəflər İran barədə ortaq razılığa gəliblər. Bu sənədin hədəfi Donald Trampın İran əleyhinə çıxış etməsindən ibarətdir.”

O sözlərinin davamında bildirib: “Bu sənədə əsasən, təyin olunan hədəflərin həyata keçməsi üçün bir sıra qruplar təşkil olunub. Bu qruplardan biri İranın nüvə proqramı ilə mübarizə aparmaq üçün diplomatik və gizli fəaliyyətlər aparmasıdır. Bu qrup İranın nüvə fəaliyyətlərinin icrasını daha da ağırlaşdırmaq və bu barədə digər diplomatik addımlar atmaqda vəzifələnib.”

İkinci qrupun vəzifəsi isə İranın bölgədə, xüsusən Suriya və Livanda olan fəaliyyətlərini məhdudlaşdırmaqdan ibarətdir. Bu qrup İranın Suriyada olmasının qarşısını almaq və Suriyada müharibədən sonrakı siyasətiylə bağlı ortaq mövqeyə gəlməklə məşğuldur. İranın “Hizbullah”, HƏMAS və “İslami Cihad” kimi qruplara dəstəyinin qarşısını almaq da digər vəzifələrindən hesab olunur.

Üçüncü qrup isə, İranın rekat proqramı və raketlrin “Hizbullah” və Suriyaya transferi məsələsini araşdırmaqla məşquldur. Yaradılan dördüncü qrup isə, İranın iştirakı ilə ehtimal olunacaq qarşıdurmaları analiz edir. Bu qrupun əsas təkidi, “Hizbullah”-la olan qarşıdurmanı təhlil etmək olacaq.

İsrailin yüksək rütbəli məmurları rejimin TV-si ilə müsahibələri zamanı, ABŞ-la bu barədə razılığa gəldiklərini etiraf ediblər. Rəmsilərdən biri deyib: “İsrail və ABŞ bölgədə baş verən hadisələr, xüsusən İran faktoru barədə həmfikirdir və bu barədə lazım olan siyasət və strategiyada ortaq mövqe əldə ediblər. Həm biz, həm də amerikalılar bu nəticələrdən və razılıqlardan mənunuq”.
İsrailin “10”-cu kanalı yayımladığı xəbərdə, Tel-Əvivin xüsusi heyətinin Vaşinqtona səfərindən yazıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-01-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap