header

 ABŞ-ın və əcnəbi mediaların opportunizmi

Amerika başçıları, eləcə də əcnəbi və əks-inqilabçı medialar bəzi məhsulların bahalığına etiraz olaraq keçirilən İrandakı xalq toplantılarından sui-istifadə edərək, bu toplantıları çaxnaşma və xaos istiqamətinə yönəltməyə çalışıblar.

Ötən bir neçə gündə bir qrup insan İranın bir neçə şəhərində aksiya keçirib, şüarlar verərək, maliyyə müəssisələrində zərər çəkənlərin vəziyyətinin müəyyən olunmamasına, bəzi məhsulların bahalığına və dövlətin nəzarət zəifliyinə etiraz edibdir ki, bu toplantıların bəziləri naməlum və iğtişaşçı şəxslər tərəfindən və öncədən planlaşdırılmış bir hərəkətdə çaxnaşmaya çevrilib və fürsətdən istifadə edənlər bir neçə dövlət mərkəzini, banklari və ictimai məkanları dağıdıblar.

Opportunistlər və iğtişaşçıların xalqın əsas tələblərini yayındırmağa çalışmaları amerikalı rəsmilərin rəğbəti və ara qarışdırmaları ilə üzləşib.

ABŞ dövləti iğtişaşçılara dəstək verərək, digər ölkələri "İran xalqına dəstək" adlandırdığı məsələyə çağırıbdır. ABŞ, Qərb və səud mediaları da İranın bəzi şəhərlərindəki toplantıları siyasiləşdirmək üzrə cəhdlərini artırıblar.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü dünən ABŞ rəsmilərinin İranın daxili işlərinə qarışmaq üzrə sözlərinə reaksiyada vurğulayıb ki, İran xalqı Amerika başçılarının opportunist və riyakarcasına şüarlarına önəm vermir.

Amerika başçıları, eləcə də əcnəbi və əks-inqilabçı medialar bəzi məhsulların bahalığına etiraz olaraq keçirilən İrandakı xalq toplantılarından sui-istifadə edərək, bu toplantıları çaxnaşma və xaos istiqamətinə yönəltməyə çalışıblar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-31-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap