header

 “Nar və Ənar” Nardaran hadisələrindən bəhs edən film İranda nümayiş etdiriləcək

“Nar və Ənar” Nardaran hadisələrindən bəhs edən film İranda nümayiş etdiriləcək

2 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan İlqar Məmmədovun vəkili Fuad Ağayevin sənədləri əlindən alınıb. Fuad Ağayev isə deyir ki, onların vəkilin sənədlərini yoxlamaq, müvəkkili ilə yazışmalarını senzuradan keçirmək hüquqları yoxdur. İki il bundan öncə Azərbaycan Respublikasının Nardaran qəsəbəsində baş verən hadisələrdən bəhs edən “Nar və Ənar” sənədli filmi Tehran, Təbriz və Urmiya şəhərlərində nümayiş etdiriləcək.

Qafqaz.ir-in “Əmmar Xalq Film Festivalı”nın katibliyinə istinadla verdiyi məlumata görə Heydər Bəni-Həmzənin hazırladığı 25 dəqiqəlik “Nar və Ənar” sənədli filmi Azərbaycan Respublikasında İslamın durumunu açıqlayır, bu müsəlman ölkəsində hicab qadağasından son baş verən hadisələrə qədər söz açır. Bu film Əmmar Festivalının 8-ci dövrəsində iki pərdədə ekrana çıxacaq.

Birinci pərdə yanvarın 1-də saat 19:30-da, ikinci pərdə isə yanvarın 4-də saat 16:00-da Tehranın Fələstin kinoteatrının 2-ci salonunda nümayiş etdiriləcək.

Sənədli film eyni zamanda Təbriz və Urmiya şəhərlərində də ekrana çıxacaq.

Xatırladaq ki, Əmmar Xalq Film Festivalı 29 dekabrdan Tehranın Fələstin kinoteatrında, Təbriz, Urmiya və digər şəhərlərdə öz işinə başlayıb və 7 yanvara kimi davam edəcək.


    “Nar və Ənar” Nardaran hadisələrindən bəhs edən film İranda nümayiş etdiriləcək
    admin
    Date published: 12:00
    10 / 10ScaleMaximum stars
    Starts: 12-30-2017
    Ends: Duration:
    P.O. Box:
    Ardabil,
    Iran


    Post a comment Related content

    Send
    دانلود آهنگ
    SiteMap