header

 AİP lideri Mövsüm Səmədov Donald Trampın Qüds qərarına kəskin etiraz etdi

Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovun vəkili Cavad Cavadov Qobustan həbsxanasında ona baş çəkib. Vəkillə son günlərdə baş verən hadisələri müzakirə edən Movsüm Səmədov öz mövqeyini açıqlayıb.

İslaminSesi bildirir ki, Azərbaycan İslam Partiyasının lideri Hacı Mövsüm Səmədov ABŞ prezidenti Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı kimi tanımaq qərarını ratifikasiya etməsinə də münasibət bildirib. AİP lideri son günlərdə Qüds ətrafında baş verən siyasi oyunlardan narahatlığını dilə gətirib. O bildirib ki, hər bir müsəlman kimi bu onu da narahat edib. O öz etirazını bu şəkildə ifadə edib: "ABŞ prezidentinin Qüdslə bağlı haqsız qərarı bir müsəlman və Qarabağ işğalını əyani yaşamış azərbaycanlı olaraq bizi də hiddətləndirdi. Son hadisələr onu göstərdi ki, yalnız birlik və vəhdət nəticəsində İslam dünyası qaşısına çıxan bütün problemləri, o cümlədən Qüds və Qarabağ problemini həll etmək iqtidarındadır”

 

Daha sonra yanvar ayının 5-də atasının vəfatı etməsinin ildönümünə görə ailəsinə başsağlığı göndərib. Vəkil Cavad Cavadov bildirir ki, Hacı Mövsüm Səmədovun səhhəti yerindədir və saxlanma şəraitində dəyişiklik yoxdur. 

 

Qeyd edək ki, Bakı şəhər Qaradağ Məhkəməsinin qərarı ilə 14 iyun 2017-ci ildə Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov barəsində 3 il müddətinə Qapalı Tipli Həbsxana rejiminə keçirilib. Həmin qərardan apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi əvvəlki qərarı qüvvədə saxlamışdır.



Xatırladaq ki, M. Səmədov 2011-ci ilin yanvar ayında partiyanın baş məclisində hakimiyyət əleyhinə sərt çıxış etdikdən sonra həbs olunub. O, bir neçə ağır cinayət maddələri ilə ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Qobustan Qapalı Tipli Təcridxanada saxlanılır. AİP lideri Beynəlxalq Təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınır.

Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovun vəkili Cavad Cavadov Qobustan həbsxanasında ona baş çəkib. Vəkillə son günlərdə baş verən hadisələri müzakirə edən Movsüm Səmədov öz mövqeyini açıqlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-28-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap