Müsəlman Birliyi Hərəkatı rəhbərinin həbs müddəti arta bilər
Posted on : Ölkə 12/27/2017
Azərbaycan Respublikası Müsəlman Birliyi Hərəkatının rəhbərinin hüquqlarını müdafiə edən vəkil onun dini musiqilər olan yaddaş kartını aldığına görə, həbs müddətinin artmasından xəbər verib.
Rakurs TV internet portalının məlumatına görə, Cavad Cavadlı çərşənbə axşamı günü deyib: Taleh Bağırzadə əleyhinə yeni ittiham ardınca, onun həbs müddətinə 6 ay əlavə oluna bilər.
2015-ci il 26 noyabrda Nardaranda həbs olunan Taleh Bağırzadə 20 il azadlıqdan məhrum edilib. O Azərbaycan Respublikası prezidenti İlham Əliyevin siyasətlərinin tənqidçilərindən sayılır.