header

 Rəsuli -əkrəm (s) Məhəbbət ocağı (2)- Ustad Füruği

Rəsuli -əkrəm (s) Məhəbbət ocağı (2)- Ustad Füruği

Peyğəmbərin (s) təvazökarlığı

Bir gün Peyğəmbər (s) səhabələrindən bir dəstəsi ilə bir yerdən keçirdi. Həzrət gördü ki, bir qoca qadın quyuya vedrə atıb və çox zəhmətlə su çəkir. Peyğəmbər (s) qarının yanına gedib vedrəni onun əlindən alır, özü suyu çəkir və məşki doldurur. Məşk çox böyük idi. Ona görə də həzrət qarıya buyurdu ki, sən məşki apara bilməzsən, özüm aparacağam. Peyğəmbərin (s) səhabələri suyu özləri aparmaq istədi. Bunun üçün nə qədər təkid etsələr də, həzrət razı olmadı və buyurdu: “Ümmətin yükünü onun peyğəmbəri daşımalıdır”.

Nə qədər gözəldir! Bəziləri kiçik bir mövqeyə sahib olduqda hamının onun görüşünə gəlməsini istəyirlər. Allahın Öz Peyğəmbərini (s) belə əzəmətlə tərifləməsi, onun məhz bəndə olmasına görədir.

Həzrət məşki çiyninə aldı, onu qarının evinin qapısına gətirdi və qayıtdı. Qarı övladlarını səsləyib dedi: – Bu qayıdıb gedən mürüvvətli şəxs məşki gətirdi.

Qarının övladları həzrətin arxasınca qaçdılar. Ona çatanda onun Peyğəmbər (s) olduğunu gördülər. Onlar Peyğəmbərlə (s) görüşüb geri qayıtdılar və analarına dedilər: – Ana bilirsən o kimdir?

➖Anaları “yox” deyə cavab verdi.

➖Dedilər: – Ana, həmişə deyirdin ki, görəsən bir dəfə Peyğəmbəri (s) görə bilərəmmi?! O, Peyğəmbərin (s) özü idi.

Qarı həzrətin ardınca qaçır, öz üzünə vururdu ki, mən gör necə ədəbsizlik etmişəm!

Peyğəmbər (s) ona tərəf qayıtdı və onunla mehribanlıqla rəftar etdi. Sonra da onu evinə qaytarıb dedi: “Bu iş mənim vəzifəm idi, narahat olma”.

Ardı var...

Rəsuli -əkrəm (s) Məhəbbət ocağı (2)- Ustad Füruği
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-24-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap