header

 Amerikalı generalın otağında namaz!

Çətin şəraitdə ibadətin fəziləti...

Ayətullah Xameneinin “Rahnoma” kitabında hərbi təyyarəçi şəhid general Abbas Babayinin şah dövrünə aid maraqlı bir xatirəsi nəql olunur. Şəhid Babayi deyir:

Amerikada təlim keçirdik. Kurs başa çatandan sonra təyyarəçi vəsiqəsi almalı idik. Mənim nəticələrim əla olsa da davranışımdan şikayət olduğu üçün vəsiqəm yubanırdı. Nəhayət, universitetin direktoru, amerikalı generalın qəbulna getdim. Haqqımda nə yazmışdılarsa, narazı görünürdü. Onu harasa çağırdılar, məni otaqda qoyub getdi. Namaz vaxtı idi. Namazı ilk vaxtında qılmaq qərarına gəldim. Yerə qəzet salıb namaza dayandım. Namazın ortasında general otağa daxil oldu. Tərəddüddə qalmışdım ki, namaza davam edim, yoxsa yarıda saxlayım? Davam etmək qərarına gəldim. Namazı qurtarıb generalı gözlətdiyim üçün üzr istədim. General nə iş gördüyümü soruşdu. Dedim ki, müsəlmanam və hər bir müsəlman gündə təyin olunmuş vaxtlarda ibadət etməlidir. Qovluğuma, məndən yazılanlara baxıb dedi: Demək, bu işinə görə səni qaralayıblar...

Bu namaz amerikalı generalın qəlbini necə çevirdisə, vəsiqəmi imzalyıb məni yola saldı! 


Vilayet.info
Çətin şəraitdə ibadətin fəziləti...
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-24-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap