header

 Bəhreyn: “Qüdsü boş verin, İranla vuruşmaq lazımdır”

Bəhreynin xarici işlər naziri Xalid bin Əhməd Ali-Xəlifə öz twitter hesabında yeni və misilsiz etirazlara səbəb olub. Bu etirazlar Onun Qüds məsələlərilə bağlı fikirlərini açıq olaraq ifşa etməsinə görə başlayıb.

Qüds məsələsini boş məsələ kimi qələmə verən nazir bildirib: “ABŞ əleyhinə müharibə başlatmaq faydasızdır”. Öz rəsmi heyətini ilk ölkə kimi İsrailin paytaxtı olaraq Qüdsə göndərən Bəhreyn diplomatlarından bu cür fikirlərin səsləndirilməsi təəccüblü deyil.
Ali-Xəlifə dilomatı sözlərinin davamında bildirib: “Biz bir birimizin kənarında yer alaraq, faşist İranın təhlükələri önündə duracağıq.”
Onun bu sözləri etiraz və ciddi reaksiyalara səbəb olub. Xüsusən də bu fikirlərin, BMT-nin Tramp əleyhinə layihəsi və onun bu qərarında geri çəkilməyə məcbur edilməsi öncəsi bildirilməsi narahatçılığa səbəb olub. Donald Tramp bildirib ki: “Bu layihəni təsdiqləyən ölkələr ABŞ-ın dəstəklərindən məhrum olacaqdır”.
Twitter istifadəçiləri, bəhreynli nazirin sözlərini Fələstini təhqir və bu məsələyə xəyanət olaraq qələmə verib və bu sualı ünvanlayıblar: “Fələstin məsələsi Ali-Xəlifə rejimi üçün ikinci dərəcələdirsə, onları düşündürən ən mühüm məsələ hansıdır?”
Etirazçılardan biri də Bəhreyndə olan “Fələstin Xalqına Dəstək” Komissiasının sədri Muhəmməd əl-İmadi olub. O bildirib: “Cənab nazir! İnanmıram ki, sizin məqsədiniz məhz bu olsun! İranla mübarizədə biz sizinlə razıyıq, lakin Fələstin məsələsini qurban verməklə deyil!”
Digər istifadəçilər də bildirib: “Paylaşımın niyə ərəb dilində deyil? Xalqın reaksiyasında bu qədərmi qorxursan? Tarix sizi lənətləyəcək”.
Nazir həftənin bazar günü, nəinki islam dünyasının əsas məsələsini təhqir etdi, hətta ərəb dilini də tərk etdi. Bəhreyn məmurlarının twitter dili ingilis olduğu kimi, onların sülh simvolu da ABŞ-dır. Bəhreyn İsraillə əlaqələrinin adiləşməsində elə bir həddə çatıb ki, “Qüds boş məsələdir” deməyə cürət tapır.
Bəhreynin xarici işlər naziri Xalid bin Əhməd Ali-Xəlifə öz twitter hesabında yeni və misilsiz etirazlara səbəb olub. Bu etirazlar Onun Qüds məsələlərilə bağlı fikirlərini açıq olaraq ifşa etməsinə görə başlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-24-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap