Azərbaycan R. Qüdsün sionist rejimin paytaxtı kimi təqdim olunmasına qarşı çıxıb
Posted on : Ölkə 12/23/2017
Bakı mediaları Azərbaycan Respublikasının BMT Baş Assambleyasının Qüdsün sionist rejimin paytaxtı kimi təqdim olunmasına qarşı qətnaməsinin lehinə səs verməsindən xəbər veriblər.
Report.az saytı bu haqda yazır: Azərbaycan Respublikası ilə paralel şəkildə BMT Təhlükəsizlik Şurasının dörd daimi üzvü, o cümlədən İngiltərə, Çin, Fransa və Rusiya, eləcə də Almaniya, İspaniya, Yaponiya, Belçika, İtaliya və Norveç kimi dünyanın tanınmış dövlətlərindən bir qrupu BMT Baş Assambleyasının Qüdsün sionist rejimin paytaxtı kimi tanınmasına qarşı çıxan qətnaməsinə dəstək veriblər.
Qüds barədə qətnamə layihəsi cümə axşamı günü BMT-nin Baş Assambleyasında 128 lehinə, 9 əleyhinə və 35 bitərəf səslə qəbul olundu. Bu qətnaməyə görə, BMT Qüdsü sionist rejimin paytaxtı kimi tanımayacaq.