Rəsuli -əkrəm (s) Məhəbbət ocağı (1)- Ustad Füruği
Posted on : Ərdəbil 12/20/2017
Rəsuli -əkrəm (s) Məhəbbət ocağı (1)- Ustad Füruği
Rəsuli-əkrəm (s) məhəbbət ocağıdır. Mütəal Allah onu belə tanıtdırır:
“Muhəmməd, Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər”. (“Fəth” surəsi, ayə 29)
Peyğəmbərin (s) yanında olanlar və ona yaxın olanlar da məhəbbət ocağıdır. “Bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər”. Həmçinin onlar: “Rüku edən, səcdəyə qapanan”, ibadət əhli və Allaha üz tutanlardır.
Merac gecəsinin xüsusi ziyafətində Allah Taala Peyğəmbərə (s) bəndəlik verdi. Sübh vaxtı bu ayə nazil oldu: “Bəndəsini bir gecə Məscidül-həramdan ətrafını mübarək etdiyimiz Məscidül-əqsaya aparan Allah pak və müqəddəsdir”. (“İsra” surəsi, ayə 1)
Həzrət məhz bəndəlik məqamını aldı. Allahın məhz qulu Allahın tövhid, rəhmət və məhəbbətinin ocağıdır. O, bəndələrə qarşı o qədər mehriban idi ki, bəzi ayələrdə Allah ona təskinlik verərək buyurur:
“(Ya Rəsulum!) Yoxsa bu Qurana inanmasalar, arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!” (“Kəhf” surəsi, ayə 6)
Tövbə surəsində buyurur:
“Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!” (“Tövbə” surəsi, ayə 128)
Ardı var...