header

 Öz halına ağlamaq (3) - Ustad Füruği

Öz halına ağlamaq (3) - Ustad Füruği

Dostlar! Bir damla göz yaşı çox işlər görür. Öz halına ağla, gözündən bir damla yaş üzünə axsa, özün də axacaqsan. Göz yaşı insanın üzünə axarsa, insanın adamlığı və insanlığı yerdən göyə qalxır. Göz yaşı yerə torpağa tərəf axır, insanın ürəyi yuxarıya doğru!

İmam Sadiq (ə) buyurur:

إِنَّ الرَّجُلَ لَيَكُونُ بَيْنَهُ وَ بَيْنَ الْجَنَّةِ أَكْثَرُ مِمَّا بَيْنَ الثَّرَى إِلَى الْعَرْشِ لِكَثْرَةِ ذُنُوبِهِ فَمَا هُوَ إِلَّا أَنْ يَبْكِيَ مِنْ خَشْيَةِ اللَّهِ عَزَّ وَ جَلَّ نَدَماً عَلَيْهَا حَتَّى يَصِيرَ بَيْنَهُ وَ بَيْنَهَا أَقْرَبُ مِنْ جَفْنِهِ إِلَى مُقْلَتِه”

Bəzən insanın günahının çoxluğu üzünədən onunla cənnət arasında yerdən göyə qədər fasilə yaranır (yerlə göyün arası sonsuzdur!). Amma o, (öz günahından) peşman olur və Allah qorxusundan ağlayır. Bununla da o, kipriklə gözün qarası arasındakı fasilə qədər cənnətə yaxınlaşır. (“Bihar əl-ənvar”, c. 15, səh. 226.)

Elə ki, göz yaşı süzüldü, insan yüksəlir. Bir yerdə oxudum, yazılmışdı ki, maral ilan yeyir və susuzlayır, qaçır suya tərəf. Suya baxıb nərə çəkir. Bilir ki, əgər sudan içsə, öləcək. Suyun ətrafında o qədər fırlanıb nərə çəkir ki, axırda gözündən bir damla yaş axır. Bu bir damla yaş zəhərə qarşı dərmandır və zəhəri ondan xaric edir.

Bu göz yaşları da günahın zəhərini təmizləyir. Bəzən bir şer, bəzən bir münacat, bir ayə adamı dəyişdirir. Gör səni hala gətirə bilən, hüzünlü edən, yuxarı aləmə qovuşduran hansıdır?!

Hər anı qənimət bil. İlahi, öz halımıza ağlamaqda bizə yardım et! Məhəmməd və ali-Məhəmmədə salavatın bərəkəti ilə!

Öz halına ağlamaq (3) - Ustad Füruği
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-14-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap