header

 Öz halına ağlamaq (1) - Ustad Füruği

Öz halına ağlamaq (1) - Ustad Füruği

İnsan öz halına və öz yoxsulluğuna ağlamalıdır. Əgər yoxsulluğumuzu başa düşsək, naləmiz dünyanı doldurar. Nə üçün Allah övliyalarının nalələri dünyanı doldururdu? Çünki yoxsul və heç nəsiz olduqlarını bilirdilər. Biz görmürük, biz başa düşmürük.

🔸Həzrət Rəsuli-əkrəm (s) buyurur:

الْفَقْرُ فَخْرِي وَ بِهِ أَفْتَخِرُ

🔸“Fəqirlik mənim iftixarımdır və mən onunla fəxr edirəm”. (“Bihar əl-ənvar”, c. 69, səh. 30.)

🔵Yəni mən vücudumun yoxsulluğuna baxıram. Bu Peyğəmbərin (s) iftixarıdır. Quran buyurur:

يا أَيُّهَا النَّاسُ أَنْتُمُ الْفُقَراءُ إِلَى اللَّه

📖“Ey insanlar! Siz Allaha möhtacsınız”. (“Fatir” surəsi, ayə 15.)

🔻Bu mövzunu dərk etmək insanı dəyişdirir. Ona görə də imam Səccad (ə) “Əbu Həmzə Somali” münacatında deyir:

أَعِنِّي بِالْبُكَاءِ عَلَى نَفْسِي

🔸“(İlahi,) Mənə kömək et, öz halıma ağlayım”. (“İqbal əl-əmal”, c. 1, səh. 72.)

🔸Kömək et, öz halıma növhə oxuyum! Niyə? Çünki:

فَقَدْ أَفْنَيْتُ بِالتَّسْوِيفِ وَ الْآمَالِ عُمُرِي

🔹Ömür sərmayəm əlimdən getdi. İnsanın sərmayəsi onun ömrüdür.

Öz halına ağlamaq (1) - Ustad Füruği
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-12-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap