header

 Türkiyə Suriya hökuməti haqda yeni və şok edici mövqe sərgiləyib

“Suriya rejimi tərəfindən bizə bir təhlükə gəlmir. Əvvəllər bir təyyarəmizi salmışdılar, amma bu keçmişdə qaldı. İndi təhdid PKK və YPG qüvvələridir. Lazım gəlsə bunlara qarşı Rusiya ilə və digər müttəfiqlərlə birgə hərbi əməliyyat aparacağıq”

İslaminSesi.info RT-ə istinadla xəbər verir ki, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu NTV-ə verdiyi müsahibədə deyib.

 

Mövlud Çavuşoğlu bildirib ki indi Ankara təhlükəni Suriya rejimindən deyil kürdlərin PKK və YPG qüvvələrindən görür.

 

Türkiyə XİN rəhbərinin bu mühüm açıqlaması Rusiya prezidenti Putinin Rəcəb Təyyib Ərdoğanla görüşündən bir gün sonra izhar edilir.

 

Ərdoğan və Putin ötən günkü görüşlərində Suriyada sülhün sabitliyin qorunması ilə bağlı ötən gün danışıqlar aparmışdılar.

 

Rəsmi Ankara Suriya münaqişəsi başlayandan (2011 mart) son illərə qədər (Astana danışıqlarına qədər) həmişə Bəşər əsədin getməsini ön şərt olaraq irəli sürürdü.

“Suriya rejimi tərəfindən bizə bir təhlükə gəlmir. Əvvəllər bir təyyarəmizi salmışdılar, amma bu keçmişdə qaldı. İndi təhdid PKK və YPG qüvvələridir. Lazım gəlsə bunlara qarşı Rusiya ilə və digər müttəfiqlərlə birgə hərbi əməliyyat aparacağıq”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-12-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap