header

 Ərdoğan və Əliyev dünya müsəlmanlarının haqlarının müdafiəsinə təkid ediblər

Türkiyə və Azərbaycan prezidentləri düşmənlərin fitnələri qarşısında müsəlmanların müdafiəsinə təkid ediblər.

İRNA-nın məlumatına görə, Rəcəb Təyyib Ərdoğan və İlham Əliyev şənbə günü bir telefon danışığında dünya müsəlmanlarının maraqlarını müdafiə yolunda addımlamağa və  müsəlmanlar arasında birlik və həmrəyliyin möhkəmləndirilməsinə təkid ediblər.

Rəcəb Təyyib Ərdoğan bu telefon danışığında Azərbaycan prezidentini İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə iclasında iştiraka dəvət edib.

İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri iclası və dövlət başçılarının fövqəladə sammiti 13 dekabrda İstanbulda keçiriləcək.

Azərbaycan prezidenti də bu telefon danışığında İstanbul iclasında iştirakla bağlı dəvəti qəbul edərək, ölkəsinin dünya müsəlmanlarını müdafiə etməyə hazır olduğunu bildirib.

Türkiyə və Azərbaycan prezidentləri həmçinin, ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı olaraq tanıması və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı qərarını beynəlxalq qanunlara zidd hesab edərək, bu addımın Yaxın Şərqdə gərginliyə səbəb olacağını bildiriblər.

Türkiyə və Azərbaycan prezidentləri düşmənlərin fitnələri qarşısında müsəlmanların müdafiəsinə təkid ediblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-10-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap