Ermənistan parlamenti Rusiyadan 100 milyonluq silah alınması üzrə sazişi təsdiqləyib
Posted on : qafqaz 12/07/2017
Ermənistan Respublikasının Milli Məclisi 6 dekabr tarixli iclasında rus istehsallı hərbi vasitələrin əldə edilməsi üzrə Rusiyadan 100 milyon dollarlıq kreditin alınması üzrə bağlanmış sazişi təsdiq edib
Sənədin təsdiq edilməsi işğalçı ölkənin Milli məclisində səsvermə keçirilib. 92 deputat sənədin təqdiq edilməsinin lehinə səs verib, əleyhinə çıxan və bitərəf qalan olmayıb.
Bu müqavilə 2017-ci il oktyabrın 24-də Yerevanda imzalanıb və 2013-ci il tarixli mövcud olan saziş çərçivəsində Rusiyada Ermənistana silah verilməsini nəzərdə tutur.
"Sazişdə nəzərdə tutulur ki, Rusiya Ermənistana rusiya silahlarının Rusiyanın daxili qiymətləri ilə tədarükünün maliyyələşdirilməsi üçün 100 mln. dollar məbləğində dövlət ixrac krediti verəcək", -deyə Ermənistan müdafiə nazirinin müavini Artak Zakaryan bildirib.