header

 Tale Bağırzadə Yalçın İmanov və Nardaran hadisəsi ilə bağlı açıqlama yaydı

Tale Bağırzadə Yalçın İmanov və Nardaran hadisəsi ilə bağlı açıqlama yaydı

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə Yalçın İmanovun vəkillik fəaliyyətinin dondurulması və 2015-ci il noyabrın 26-da baş vermiş Nardaran hadisəsinin 2-ci ildönümü ilə bağlı açıqlama yayıb.

Bu barədə Rakurs TV-ə ilahiyyatçının yaxınları məlumat verib. T.Bağırzadə bu sözləri noyabrın 24-ü ailəsi ilə görüşdə deyib. O, açıqlamasında Yalçın İmanovla aralarında vəkilliklə yanaşı, dostluq münasibətlərinin də olduğunu bildirib:

“Yalçın İmanov tək bizim vəkilimiz deyildi, həm də gözəl dostumuz və sirdaşımız idi. O, adını Azərbaycanın hüquq tarixinə qızıl hərflərlə yazdırmış şəxsiyyətdir. Onun vəkillik fəaliyyətinə son qoyulması isə hakimiyyətin bir daha haqq söz qarşısındakı acizliyini sübut etdi.  Yalçın bəy bizlər və bu xalq tərəfindən heç zaman unudulmayacaq”.

Nardaran hadisələrinin 2-ci ildönümünə də toxunan ilahiyyatçı, 26 noyabrın əslində qələbə günü olduğunu deyib:

“26 noyabr bizim üçün şəhadət və mübarizə günüdür. 26 noyabrda biz rejim üzərində mənəvi qələbəmizi çaldıq, hakimiyyət isə öz xislətini bütün çılpaqlığı ilə göstərmiş oldu. Şərəfli Azərbaycan xalqı bilsin ki, biz öz mübarizəmizi sonadək aparacayıq, heç bir hədə, heç bir qorxu bizi öz yolumuzdan çəkindirə bilməz. Allahın izni ilə Azərbaycan xalqının da mənfur rejim üzərində qələbə qazanacağı gün uzaqda deyil”. 

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir. Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.

Tale Bağırzadə Yalçın İmanov və Nardaran hadisəsi ilə bağlı açıqlama yaydı
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-27-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap