header

 İsrailli bloqer qeyri-müsəlmanların girməsinin yasaq olduğu Məkkədən fotolar paylaşdı - FOTO

İsrailli bloqer qeyri-müsəlmanların girməsinin yasaq olduğu Məkkədən fotolar paylaşdı - FOTO

FaktXeber.com-un məlumatın görə, «Times of İsrail»in yazarı  Ben Trizon Səudiyyə Ərəbistanına səfəri zamanı Məkkəyə və Məscidi Nəbəvi-yə səfər edib. Burdan çəkdiyrdiyi şəkilləri isə Facebook və Instagramdakı səhifələrində paylaşıb.

Səudiyyə Ərəbistanının «Haram bölgələrə qeyri-müsəlmanları buraxmırıq» açıqlamalarına rəğmən yəhudi Ben Trizonun burada rahat gəzib dolaşması müsəlman  dünyasında ciddi mübahisələrə səbəb olub.

O, Riyad və Mədinədə Almaniya səfiri, həmçinin Mədinə Ticarət Otağı rəhbəri  Məhəmməd  Nasir bin Saad ilə «dostyana ismarıclar» yollayıb və Səudiyyə-İsrail  dostluğunun «İbrahimdə» qovuşulan sülh dini olduğunu deyib.

Şəkillərin birində isə o, üzərində ibranicə yazılar olan heybəsini göstərib.

Paylaşımlara mənfi reaksiyalar o qədər çox olub ki, bloqer  məcbur qalıb sosial media hesablarını bağlayıb.

Qeyd edək ki, Mədineyi Münəvvərlə bağlı da planları ola biləcəyi ehtimal edilən  İsrailin son dövrlərdə Səudiyyə Ərəbistanı ilə  yaxınlaşması da diqqət çəkir.

Xatırladaq ki, bir müddət əvvəl İsrailin enerji naziri Yuval Steinitz diplomatik əlaqəsi olmayan Səudiyyə Ərəbistanı ilə ölkəsinin İrana qarşı birgə narahatlıqlarının varlığını və buna görə də gizli ünsiyyət saxladıqlarını söyləmişdi.O, bir çox müsəlman və ərəb ölkələri ilə qismən gizli əlaqələrinin olduğunu etiraf etmişdi.

Bundan başqa İsrail rejiminin Baş Qərargah rəisi Qadi Eisenkot da Səudiyyə Ərəbistanın "İlaf" qəzetinə verdiyi müsahibədə, "İrana qarşı Səudiyyə Ərəbistanı və digər mötədil ərəb ölkələri ilə təcrübə və kəşfiyyat mübadiləsinə hazırıq", - demişdi.

Bundan başqa Səudiyyə Ərəbistanının baş müftisi və Üləma Heyətinin rəhbəri Əbdüləziz Ali Şeyx qalmaqallı açıqlama ilə çıxış etmişdi. Belə ki, vəhabi müfti "Əl-Əqsa" məscidi ətrafında yaranan problemlər zamanı iştirak etdiyi televiziya proqramında qeyd edib ki, İsrailə qarşı müharibə etmək caiz deyil (müharibə etmək olmaz). O, həmçinin bildirib ki, Fələstinin azadlığı uğrunda mübarizə aparan Həmas hərəkatı terror təşkilatıdır və Hizbullah təşkilatına qarşı mübarizə aparmaq üçün İsrailə dəstək verə bilər. Qeyd edək ki, Səudiyyə baş müftisinin bu açıqlaması İsrail rejimində müsbət qarşılanıb. İsailin rabitə naziri Eyyub Kara vəhabi müftinin bu çıxışını dəstəkləyib və onu ölkəsinə dəvət edib: "Səudiyyə Ərəbistanı müftisi Əbdüləziz Ali Şeyxi yəhudilərə qarşı döyüşməyi və onları öldürməyi qadağan edən fətvasına görə təbrik edirik. Ali Şeyx, Həmasın terror təşkilatı olduğunu və fələstinlilərə zərər verdiyini, "Əl-Əqsa"da keçirilən aksiyaların iötişaş olduğunu və Hizbullahı yox etmək üçün İsrail ordusu ilə əməkdaşlıq edə biləcəyini deyib. Mən müftini İsraili ziyarət etməyə dəvət edirəm, o, yüksək səviyyədə qarşılanacaq".

İsrailli bloqer qeyri-müsəlmanların girməsinin yasaq olduğu Məkkədən fotolar paylaşdı - FOTO
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-22-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap