header

 FASİQİN SÜFRƏSİNDƏ ƏYLƏŞMƏ!

Fasiq adamın çörəyini yeməyin ilk nəticəsi...

PeyğəmbəRi-Əkrəm (s) Əbuzərə nəsihətində buyurur:

یَا اباذر! لَا تُصَاحِبْ إِلَّا مُؤْمِناً، وَ لَا یَأْکُلْ طَعَامَکَ إِلَّا تَقِیٌّ وَ لَا تَأْکُلْ طَعَامَ الْفَاسِقِینَ،

“Ey Əbuzər, möminlərdən başqa, heç kimlə oturub-durma, süfrənə təqvalı insandan başqa, kimsəni əyləşdirmə, sənin özün də fasiq adamların çörəyini yemə!”

Peyğəmbəri-Əkrəm (s) bu kəlamında əvvəlcə başqaları ilə oturub-durmağın keyfiyyətini açıqlayır, sonra onun bəzi lazım olan cəhətinə toxunur. Başqaları ilə qaynayıb-qarışmağın tələb etdiyi işlərdən biri də onlarla həmsöhbət olmaqdır; belə ki, başqaları ilə get-gəl edəndə insan onlarla bir süfrə başında da oturmalı olur. İnsan belə get-gəllərdə məcbur olur ki, öz ətrafındakı adamlarla yeyib-içsin. Peyğəmbər (s) buyurur: “Mömindən başqası ilə bir yerdə oturma, hər kəsin çörəyini yemə, hər kəsi qonaq çağırma.” Ancaq möminlə bir süfrə başında oturun.

Fasiq adamın çörəyini yeməyin ilk nəticəsi ona duz-çörək yoldaşı kəsilmək və onun minnətini götürməkdir. Elə ki, insan fasiq adama qonaq oldu, onun çörəyini yedi, əvəzində o da bundan bir şey gözləyir və təvəqqesi olur ki, bunun da hansısa əyri işini o düzəltsin. Gözləyir ki, hansısa sənədə imza atsın, hansısa qeyri-şəri işi həyata keçirsin. Hərdən adam məcbur olub onun istəklərinə boyun əyir. Bunun müqabilində, əgər insan fasiq adamlarla bir yerdə oturub-durmasa, çörəklərini yeməsə, onların minnətini də götürməz və belə olan surətdə, ondan təvəqqeləri də olmaz. Əgər ondan bir şey istəsələr, tam cəsarətlə xahişlərini rədd edər, çünki həmin xahişi yerinə yetirməyə özünü səlahiyyətli bilmir. Digər tərəfdən, fasiq adamın yeməyinin halal olması məlum deyil. Onun İslam əhkamlarına elə də inamı, bağlılığı olmadığı üçün pulunu, malını hansı yolla qazandığı da məlum olmur, bilinmir malının xümsünü, zəkatını verib ya yox, malını rüşvətlə qazanıb, ya halal zəhmətlə! Çox vaxt olur ki, insan fasiq adamın çörəyini yeyir, sonra xəbər tutur ki, halal deyilmiş.

Deyilənlərdən əlavə, bəzi rəvayətlərdən göründüyü kimi, şübhəli yeməklər insanın ruhuna təsir qoyur. Baxmayaraq ki, insan onu xəbərsiz yeyir, amma həmin yemək öz təbii və mənəvi təsirini göstərir.

Bu barədə bəzi alimlərdən qəribə əhvalatlar da nəql edilmişdir. Alimlərin birindən belə nəql edirlər ki, o, öz xanımına deyir: “Mənə elə gəlir ki, ölmüş heyvan əti yeyirəm!” Xanımı ərinin bu sözlərinə təəccüb edir, amma yoxlayıb axtarış aparandan sonra məlum olur ki, onların istifadə etdikləri su anbarına heyvan düşüb ölübmüş və onlar da bilmədən bir müddət həmin murdar sudan istifadə edirlərmiş. Həmin alim nəcis suyun təbii təsirini öz ruhunda hiss edirmiş!

Bəzi böyük şəxsiyyətlərin həyatını mütaliə edəndə görürük ki, onlar hər kəsin qonaqlıq dəvətini qəbul etmirlərmiş, hər yerə getmir, hər çörəyi yemirlərmiş. Yazıb-oxumağı bacarmayan, möcüzəli şəkildə və Allahın inayəti ilə Quran hafizi olmuş Kərbəlayi Kazımdan qəribə rəvayət nəql edirlər. Mən tələbəliyimin əvvəl illərində “Höccətiyyə” mədrəsəsində qalırdım. Kərbəlayi Kazım hərdən bizim mədrəsəyə gələrdi və tələbələr maraq üzündən onu imtahana çəkərdilər, bilmək istəyirdilər ki, doğrudan doğruya Quranı əzbərdən bilir, yoxsa yox. Kərbəlayi çox qəribə tərzdə Quranı hifz etmişdi, hətta Quran ayələrinin axırından başlayıb tərsinə deyə bilirdi və Quranın nöqtələrinin sayını bilirdi. Kərbəlayi hər kəsin evinə getməzdi, bəzilərinin dəvətini qəbul edərdi, bəzilərinkini qəbul etməzdi. Deyirdi: “Bəzi qonaqlıqlara gedəndən sonra qəlbimdə bir küdurət, ağırlıq hiss edirəm və qonaqlıqdan qabaq gördüyüm nurları artıq görmürəm.” (Aydındır ki, bu sözlər bizim idrakımızdan çox yuxarıdır, amma bir həqiqətdir.)

Rəhmətlik Ayətullah Mürtəza Hairi nəql edirdi ki, mən “Cəvahir” kitabını Kərbəlayi Kazımın qarşısına qoydum, onun savadı olmadığı üçün oxuya bilmədi, A-nı B-dan ayıra bilmirdi, amma Quran ayələrinin üstünə barmağını qoyub deyirdi: “Bu Quran ayəsidir!” Ayətullah Hairi ona deyir: “Sənin ki savadın yoxdur, bəs, Quran ayələrini necə ayırırsan?” Kərbəlayi deyir: “Bu ayələrin nuru var, mən onların nurundan bilirəm ki, Quran ayələridir!” Bəli, belə həqiqətlər vardır, biz dərk etmirik deyə inkar etməməliyik. Səy edib elə kəslərlə oturub-durmalıyıq, elə kəslərin çörəyini yeməliyik, elə kəslərin hədiyyələrini qəbul etməliyik ki, iman və təqva əhli olsunlar. Həmçinin Allah insana bir mal əta edəndə, o nemətdən ən yaxşı şəkildə istifadə etməlidir. Həmin maldan yemək hazırlayırsa, onu imanlı və təqvalı adamın qarşısına qoymalıdır ki, Allah onun əməlindən razı qalsın və əlavə olaraq, onun düzənlədiyi qonaqlıq iki nəfər arasında ilahi rabitəyə səbəb olsun.

Peyğəmbər (s) buyurur:

یَا اباذر! أَطْعِمْ طَعَامَکَ مَنْ تُحِبُّهُ فِی اللَّهِ، وَ کُلْ طَعَامَ مَنْ یُحِبُّکَ فِی اللَّهِ عَزَّ وَ جَلَّ،

“Ey Əbuzər, öz yeməyini və çörəyini Allaha görə sevdiyin kimsəyə yedizdir, özün də səni Allaha görə sevən kimsənin yeməyindən və çörəyindən ye!”

İnsan elə adama çörək verməli, özü də elə adamın çörəyini yeməlidir ki, aralarında dostluq və səmimiyyət bərqərar olsun və o dostluğun kökü, mənşəyi Allaha dayansın. Bir nəfər adama yemək verəndə, məlum olur ki, onu sevir, amma baxıb görmək lazımdır ki, onu Allaha görə sevir, yoxsa başqa şeylərə görə! Peyğəmbər (s) buyurur ki, qonaqlığa getməyimiz, qonaq qəbul etməyimiz Allaha görə olmalıdır ki, Allah nemətləri layiqli yerində istifadə edilsin və Allahın mömin bəndələri arasında ilahi rabitəyə səbəb olsun. Mümkündür, qonaqlıq yolu ilə mömin bəndələr arasında məhəbbət artsın və ilahi məhəbbətin yüksəlişi ilə mömin bəndələr də məqamca yüksəlsinlər. Bunun qarşılığında, əgər məhəbbət şeytani olsa, onun güclənməsi insanın süqutuna səbəb olacaqdır. (“Tuşeye-axirət” – Axirət azuqəsi, Ayətullah Misbah Yəzdi, səh.143-145.)

Maide.az

Fasiq adamın çörəyini yeməyin ilk nəticəsi...
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-21-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap