header

 Azərbaycanda benzinin qiyməti növbəti dəfə bahalaşdı

Azərbaycanda benzinin qiyməti növbəti dəfə bahalaşdı

Azərbaycan Respublikasına xaricdən idxal edilən “Aİ-95” premium və “Ai-98” super markalı benzinin qiymətində artım baş verib. Hazırda “Aİ-95” premium markalı benzinin yeni qiyməti 1,25 AZN, “Ai-98” super markalı benzinin qiyməti 1,50 AZN təşkil edir.

Bu barədə “Report” SOCAR-dakı mənbəyə istinadən məlumat yayıb. Qeyd olunur ki, bunun səbəbi həmin markalı benzinin başqa ölkələrdən idxal edilməsidir.

Bildirilir ki, “Aİ-95” və “Ai-98” markalı benzinin qiyməti dünya bazarında premium markalı benzinin qiymət tendensiyasından asılıdır.

Bu markadan olan yanacaq xarici idxalla əlaqədar olduğundan, onun qiyməti də Tarif Şurası tərəfindən tənzimlənmir.

Azərbaycanda benzinin qiyməti növbəti dəfə bahalaşdı
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-18-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap