header

 Daha bir NİDA üzvü həbs edilib

NİDA Vətəndaş Hərəkatının üzvü Ümman Səfərov həbs olunub. O, bu gün, noyabrın 14-də evdən çıxarkən bir qrup mülki geyimli şəxs tərəfindən saxlanılıb

Polis bölməsinə aparılan Ümman Səfərova daha sonra 15 sutka həbs cəzası verilib. Məlumatı NİDA Vətəndaş Hərəkatı yayıb.
“Ümman Səfərov daha sonra Xətai rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə azadlıqdan məhrum edilib. Ümman Səfərov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinib”.
Hərəkat hesab edir ki, Ümman Səfərovun bu formada həbsi birbaşa siyasi fəaliyyəti ilə bağlıdır.
NİDA Vətəndaş Hərəkatının üzvü Ülvi Həsənli də oktyabrın 26-da hərbi polis tərəfindən saxlanılıb. O, məcburi şəkildə hərbi xidmətə aparılıb.
Vəkil Elçin Sadıqov bildirmişdi ki, Ülvi Həsənlinin 2019-cu ilədək möhlət hüququ var. Buna baxmayaraq, onun qanunsuz hərbi xidmətə aparılması son zamanlar NİDA-nın tədbirlərində fəal iştirakına görədir.
NİDA Vətəndaş Hərəkatı 2011-ci ilin fevralında, Bakıda bir qrup gənc fəal tərəfindən yaradılıb. Hərəkatın manifestində bildirilir ki, məqsədləri hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsidir.
Təşkilatın bir neçə üzvü hazırda həbsdədir.

NİDA Vətəndaş Hərəkatının üzvü Ümman Səfərov həbs olunub. O, bu gün, noyabrın 14-də evdən çıxarkən bir qrup mülki geyimli şəxs tərəfindən saxlanılıb
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-15-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap