header

 Xəlifə sülaləsinin Şeyx Əli Səlmana qarşı yürütdüyü saxta ittihamlar: Vifaq cəmiyyətinin sədri Qətərə casusluq edib

Şeyx Hüseyn Dihi aparılan bu hiyləgər siyasəti Bəhreyn rejimi ilə Qətər arasında olan ixtilaflardan ortaya gəldiyini bildirib.

Bəhreynə qanunsuz yollarla hakim kəsilmiş vəhhabiəqidəli Xəlifə sülaləsi məhbəs həyatı sürən Bəhreyn Vifaq Cəmiyyətinin Baş Katibi Höccətül İslam vəlmüslimin Şeyx Əli Səlmana qarşı növbəti saxta ittihamlar irəli sürüb. Belə ki, Şeyx Əli Səlman xəlifə sülaləsinin həbsində ola ola Qətər dövlətinə casusluq etməkdə müttəhim olunub.
Ali Xəlifə rejiminin prokuroru Bəhreynin tanınmış mübariz Şiə ruhanisi Şeyx Əli Səlmanla yanaşı Bəhreynin sabiq millət vəkili Şeyx Həsən Sultan və Əli Əsvəd cənablarını da Qətər dövlətinə casusluq etməkdə şərləyib.
Vifaq Cəmiyyətinin Baş Katibinin müavini Şeyx Hüseyn Dihi Bəhreyn prokurorluğunun iddialarına cavab olaraq bildirib: “Qətərin sabiq baş naziri Həmd ibn Casim ABŞ və Səud rejimi tərəfindən Bəhreynin siyasi böhranının həlli üçün müştərək həyata keçirtdikləri layihənin icrasında vasitəçi idi. Bu layihə ölkə şahının təvafüqü və şahzadənin tam nəzarəti altında həyata keçirilirdi.”
O, daha sonra deyib: “Həmd ibn Casim o zaman Bəhreyn şahının qonağı oldu. Onun Şeyx Salmanla apardıqları telefon danışıqları da məhz həmin vaxtda baş verib. İndi isə, Bəhreyn dövləti bu danışıqlara istinad edərək Şeyx Səlmanı casusluqda ittiham edir.”
Vifaq Cəmiyyətinin Baş Katibinin müavini Şeyx Hüseyn Dihi aparılan bu hiyləgər siyasəti Bəhreyn rejimi ilə Qətər arasında olan ixtilaflardan ortaya gəldiyini bildirib.

Şeyx Hüseyn Dihi aparılan bu hiyləgər siyasəti Bəhreyn rejimi ilə Qətər arasında olan ixtilaflardan ortaya gəldiyini bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-14-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap