header

 Allahın dəyənəyi, Hacı Əbdülün daşı və düşmənin başı (Ərbəin münasibətiylə)

İnsanlara çatdırılmalıdır ki, Allahın saleh bəndələri yer üzərində onun sopası (dəyənəyi) və qüdrətidir.

Həzrət Ayətullah Məkarim Şirazi: "Əgər bütün şiə kitablarını yandırsalar şiənin haqq olduğunu əhli-sünnə kitabları ilə sübut edərəm"
Bismillahir-rəhmanir-rəhim
Növbəti bir ərbəin (İmam Hüseynin (ə) şəhadətinin qırxıncı) günü də beləcə qeyd edildi. Dünyanın müxtəlif bölgələrindən müxtəlif xalqlara, ölkələrə, mədəniyyətlərə bağlı insanlar İmam Hüseyni (ə) ziyarət etmək üçün İraqa axın etdi. Bu ziyarət hər il Allahın iznilə izdihamlı qeyd edilir. Xüsusilə də İmam Hüseyn (ə) aşiqlərinin – hamısı bir nəfər kimi Nəcəfdən Kərbəlaya iki-üç gün ərzində gəlmələri insanın diqqətini daha çox özünə cəlb edir və düşündürür.
Bu yerdə düşmən yaddan çıxmamalıdır. İmam Hüseynin (ə) zamanında olduğu kimi ondan sonralar da İmam Hüseynlə (ə) kəskin müharibə baş qaldırdı. Əməvilər, Zübeyrilər, Abbasilər dövründə Kərbəla aşiqlərilə amansız müharibələr edildi. Kim İmam Hüseynə (ə) olan eşqini təzahür edirdisə min cür hədələnir, döyülür, həbs edilir, söyülür, müəyyən işgəncə və repressiyalara məruz qalırdı.
Yəzidilərin Şamdan, Zübeyrilərin Məkkədən göndərdikləri valilər günlərlə, aylarla yol gedir, İraq şəhərlərinə, Kufə, Bəsrə və başqa şəhərlərə yetişən kimi şiələr əleyhinə müəyyən çirkin kompaniyalara start verirdilər. Xüsusilə də Zübeyrilər İmam Hüseynin (ə) qanı və qisasını bəhanə edərək hakimiyyətlik, xilafət sevdasına düşür, İmam Hüseyn (ə) qatillərinə aman verir və şiəyə əziyyət verməyə başlayırdılar. Allaha həmd olsun ki, bu günlərdə İraq torpaqları həmin xəbis valilərin və onların murdar ayaqlarının tozuna deyil, İmam Hüseyn (ə) aşiqlərinin tozuna qərq olur.
Amma müasir dövrümüzdə də müəyyən düşmənlər peyda olub Kərbəla həqiqətlərinin dünyaya çatdırılmasının qarşını almağa çalışırlar. Bizim hüseynçilər də bu prosesdən kənarda qalmır. Onlar müəyyən zamanlarda İmam Hüseyn (ə) şüarlarını yaşatdıqları, qaldırdıqları üçün incidilir, fiziki və mənəvi repressiyalara məruz qalırlar.
"Tövbə" cəmiyyətinin sədri Hacı Əbdülün bu yaxınlarda danışdığı bir xatirə səbəb oldu ki, mühüm bir mətləb bir daha qeyd edilsin. Hacı Əbdül deyir ki, təqribən 60-cı illərdə xəbər tutduq ki, sən demə indiki Hüseyn Cavid parkında Aşura günü dövlət tərəfindən əyləncə-konsert proqramı hazırlanır. 364 gün haram yeyib ayı kimi qış yuxusa gedən bir dəstə ulaq dağ-dərədə yer darlıq etdiyi üçün gəlib şəhərdə ulamaq istəyiblərmiş. Hacı Əbdül uşaqlığından dindar olduğu üçün başına bir neçə nəfər dost-aşna toplayıb ki, nanəciblərin Aşura günü keçirtməyi planlaşdırdıqları proqramı alt-üst eləsin. Daha sonra ağacların arxasında əllərində daş-kəsək dayanaraq konsertin başlamasını gözləyiblər. Konsert başlayar-başlamaz hoqqabazları daşlamağa başlayıblar. Təsəvvür edin ki, İmam Hüseynə (ə) "ox atmağa" gələn Şimr dəstəsi hüseynçilərin daş yağışına tutulublar.
Əlbəttə bu yerdə bir dəstə peyda olub irad tutacaq ki, məgər İmam Hüseyn (ə) o vaxt sağ olsaydı belə edərdi, məgər İslam Peyğəmbəri (s) rəhmət peyğəmbəri olmayıbmı? Axı bu cür yerdə kommunist də İslam Peyğəmbərinin (s) həyatını araşdıran, sirətün-nəbi yazan mühəqqiqlər kimi ortaya düşüb sübut eləməyə çalışırlar ki, bu cür üslub doğru deyil.
Təbii ki, burada o zamanlar bəlkə heç həddi-büluğa çatmayan balaca uşaqlar olan Hacı Əbdül və dostlarına bəraət də qazandırmırıq. Amma arada olan fərqi görmək lazımdır. Aşura günü konsert təşkil edənlər, iştirakçılar, ulaq kimi anqıranlar, züy tutanlar bir sözlə bu işdə əli olan hər kəs ağıllı-başlı (?!) adamlar olduqları halda ağıllarını evdə qoyub müsəlman bir xalqın heysiyyatı ilə oynamağa çalışdılar. Amma Hacı Əbdülgili ora gətirən İmam Hüseynə (ə) olan eşq idi. Yaşları az olsa belə.
Mühim məsələ isə bundan ibarətdir ki, bir xoşagəlməz hadisə baş verəndən sonra qıcıqlanan, qəzəblənən, lap belə təxribata gedən dindarı qınamaq həddinə çatmaqdan öncə cəmiyyətə təlqin etmək lazım idi ki, bu dindarı bu qədər qəzəbləndirəcək həddə alçaqlıq edilməməlidir. Hacı Əbdülü qınamaq əvəzinə onu bu qədər qəzəbləndirəcək iblis fitnəsini aradan qaldırmaq lazım idi. Türklərin "Allahın sopası yoxdur ki" dedikləri bir söz yada düşür bu yerdə. Yəni Allahın dəyənəyi yoxdur ki, bu danabaşların təpəsinə çırpsın. Amma Allahın öz evini Əbrəhənin fillərindən qoruyacaq əbabil quşları var. Allahın biqeyrət Yezidin Kəbə evini mancanaqla yandırdığı bir vaxtda Muxtar Səqəfi kimi şir bəndələri vardır ki, lazım gələndə dinin müdafiəsinə qalxırlar. Muxtarın o gün gördüyü işi vaxt gəldi Hacı Abgül (Allah qapısını açsın) söhbətlərinin birində insanlara çatdırdı.
İnsanlara çatdırılmalıdır ki, Allahın saleh bəndələri yer üzərində onun sopası (dəyənəyi) və qüdrətidir. Allahın saleh bəndələri yer üzərində Onun əbabil quşlarıdır.
Nə zalım əməvi, zübeyri, abbasi, sionist, alisəud, alixəlifə rejimlərinin fiziki repressiyaları Aşura, Ərbəin aşiqlərinin ayağını bu müqəddəs torpaqlardan kəsə bilmədi, nə də əməvi mahiyyətli elşadmirilər, fazilqəzənfərlər, fətullahgülənlər, cübbəlihocalar, mustafaislamoğlular insanların qəlbindən İmam Hüseyn (ə) sevgisini çıxarda bilmirlər.
Muxtar Səqəfi (Allah məqamını uca eləsin) haqqında çəkilmiş serialda göstərilən bir səhnə çox ibrətamizdir. Bilinsin ki, Zübeyrilərin nümayəndəsi Müsəb ibn Zübeyr ibn Əvvam kimi fitnəkarlar bir məntəqədə bütün şiələri soyqırım edib axırına çıxsa belə, zülm sarayında rahat otura bilməyəcəklər. Çünki dünyada bir gün İmam Hüseynin (ə) bir şiəsi belə qalmasa O Həzrətin (ə) mübarək qanı fitnəkarları boğub öldürəcək.
Əlbəttə, şiə aciz deyil, onun düşünən beyni, vuran əli, danışan dili, İmam Hüseyn (ə) eşqiylə odlanan qəlbi var. Sadəcə İmam Hüseyn (ə) düşmənləri axmaqlardan ibarət olduğu üçün onların hidayəti üçün elmi polemika, bəhs işə yaramır. Amma düşmən unutmasın ki, şiənin Hacı Əbdülün timsalında daşı olduğu kimi başı da var. Hər halda "əgər bütün şiə kitablarını yandırsalar şiənin haqq olduğunu əhli-sünnə kitabları ilə sübut edərəm" deyən dahi insan şiə üləmasının arasından çıxıb. Sadəcə düşmənin başı yoxdur. Yoxsa Allahın sopası onun başına çoxdan dəyərdi.

İnsanlara çatdırılmalıdır ki, Allahın saleh bəndələri yer üzərində onun sopası (dəyənəyi) və qüdrətidir.
Admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-11-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap