header

 Suriya ilə düşmənçilik və İrandan uzaqlaşmaq Türkiyənin zəifləşməsinə səbəb olmuşdur

Bizimlə Suriya arasında çox yaxın və qardaşlıq əlaqəsi vardı.

Türkiyənin keçmiş daxili işlər naziri bildirmişdir ki, ölkənin Suriya siyasəti və İrandan uzaqlaşması onun zəifləməsinə gətirib çıxarmışdır. “rast xəbəri -farsi” agentliyinin raportuna görə Türkiyənin keçmiş daxili işlər naziri İdris Nəim Şahin bir danışıqda demişdir: Bizimlə Suriya arasında çox yaxın və qardaşlıq əlaqəsi vardı.Türkiyənin keçmiş daxili işlər naziri İdris Nəim Şahin bildirmişdir: Bizimlə Suriya arasında çox yaxın və qardaşlıq əlaqəsi vardı. Vizanı götürmüşdük, ticarətimiz artmışdı, aramızda heç bir düşmənçilik yoxdu. Indi isə bir-birimizin düşməni olmuşuq. Mən Türkiyə hökumətinin fikrini başa düşmürəm. o, sözlərinin davamında artırmışdır: Biz qonşularımızda baş verən sabitsizlik və toqquşmalardan yan keçə bilmərik. Mənim nazir olduğum müddətdə, 2011-ci ilin ortalarına kimi Suriya sərhədləri terrorçuluq baxımından təhlükəsiz bir məntəqə sayılırdı. Biz o vaxt yalnız İraqla 300 kilometrlik sərhəddimizdə təhlükəsizlik tədbirləri görürdük. Indi isə məclisin meyli olmadan Türkiyə Suriya ilə gizli müharibəyə girmişdir. Bu da Suriyanın təhlükəsizlik sərhəddini 900 kilometrlik terror təhlükəsinə çevirmişdir. Bundan əlavə və ən əhmiyyətlisi budur ki, Suriya ilə düşmənçiliyimiz İrandan uazqlaşmağımıza gətirib çıxarmış və bizi zəiflətmişdir. Bunlar haqqında hamımız məsuliyyət daşıyırıq. Mənim ədalət və inkişaf partiyasından ayrılmağımın əsas səbəblərindən biri bu partiyanın Suriya siyasəti olmuşdur. Millətimiz gündəlik çörəyini öz dostları ilə bölməyə hazırdır. Amma qonşularının problemlərinə çevrilmək istəmir və münaqişəni qartırmaq üçün qarşı tərəfə silah vermək fikrində deyillər.
Bizimlə Suriya arasında çox yaxın və qardaşlıq əlaqəsi vardı.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:37 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap