Ərbəin zəvvarları Nəcəfdə Həzrət Əli (ə) hərəmini ziyarət edərək Kərbəlaya piyada yürüşə başlayıb
Posted on : Aşura 11/06/2017
Ərbəin - Eşq səfəri üçün müqəddəs torpaqlara səfər etmiş zəvvarlar müqəddəs Nəcəf şəhərində Həzrət Əli (ə) hərəmini ziyarət edərək Kərbəlaya doğru yürüşə başlayıblar.
Azərbaycanlı Ərbəin zəvvarlarının Deyerler.org-a verdiyi məlumata görə, öncə Samirra və Kazimeyndə İmamların (ə) mütəhhər hərəmini ziyarət edən zəvvarlar ötən gün Nəcəf şəhərində Həzrət Əli (ə) hərəmini, Kufə məscidini və digər müqəddəs məkanları ziyarət edib. Artıq bu gün səhər saatlarından isə zəvvarlar Nəcəfdən Kərbəlaya gedən 90 kmlik yolu piyada qət edəcəklər. Zəvvarların 3 gün sonra Kərbəlaya çatacaqları gözlənilir.