header

 Ruhani: Bəzi ölkələrin Atom Agentliyinə təsir göstərməsi qəbuledilməzdir

Prezident Ruhani AEBA Baş Direktoru Yokio Amano ilə görüşündə bəzi ölkələrin agentliyə təsir etmələri və təzyiq göstərmələrinin qətiyyən qəbul edilməz olduğunu vurğulayıb.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran Prezidenti Həsən Ruhani Tehrana gələn Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Direktoru Yokio Amanoyu qəbul edib.

Görüşdə Ruhani AEBA-nın indiyə qədər nüvə müqaviləsinin həyata keçirilməsində müsbət və konstruktiv rol ifa etdiyini bildirib.

İranın indiyə qədər dəfələrlə vurğulandığı kimi müqaviləsindən çəkən ilk tərəf olmayacağını bildirən Ruhani qarşı tərəfin müqaviləyə sadiq qaldıqca və İranın müqavilədə müəyyən olunan faydalarından istifadə etdikcə İranın da öhdəliklərini yerinə yetirəcəyini qeyd edib.

Ruhani bundan başqa, bəzi ölkələrin agentliyə təsir etmələri və təzyiq göstərmələrinin qətiyyən qəbul edilməz olduğunu vurğulayıb.

Prezident Ruhani AEBA Baş Direktoru Yokio Amano ilə görüşündə bəzi ölkələrin agentliyə təsir etmələri və təzyiq göstərmələrinin qətiyyən qəbul edilməz olduğunu vurğulayıb.
Admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-01-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap