header

 İSNA və “APA Holdinq” arasında əməkdaşlıq sazişi imzalanıb

Tehranda İranın İSNA xəbər agentliyi ilə “APA Holdinq” arasında 3 illik əməkdaşlıq sazişi imzalanıb.

İSNA-nın baş ofisində keçirilən mərasimdə sənədə bu qurumun baş direktoru Əli Müttəqian və “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı tərəfindən imza atılıb.

Dörd dildə (Azərbaycan, fars, ingilis və ərəb dillərində) hazırlanan sənədə əsasən hər iki agentlik arasında əməkdaşlıq əlaqələri qurulacaq. Sazişdə xəbər, foto, film mübadiləsinin aparılması (fars və Azərbaycan dillərində pulsuz), təlim seminarlarının təşkili, təcrübə mübadiləsi üçün hər iki KİV-dən nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlər nəzərdə tutulub.

Ə.Müttəqian deyib ki, İSNA agentliyinin jurnalistləri təhsil aldıqları ixtisasa uyğun fəaliyyət göstərən tələbələrdir: “Onlar öz istəkləri ilə İSNA-da fəaliyyət göstərirlər və onların səyinin nəticəsidir ki, İSNA İranda ən çox izlənən agentlikdir. Əməkdaşlarımızın 70 faizi qadınlardır. Bakıda Cahad-e Daneşqahi Mərkəzinin (Universitetlərin Cihadı Mərkəzi) nümayəndəliyi fəaliyyət göstərir. Bizim agentlik və həmin mərkəz arasında olan bağlılığa görə ora bizim də ofisimiz hesab olunur. Lakin buna baxmayaraq, İSNA agentliyi Bakıda öz ofisini açmaq niyyətindədir və ümid edirik ki, sizin dəstəyinizlə bu, baş tutacaq”.

V.Mahirqızı isə “APA Holdinq” haqqında ətraflı məlumat verib. O, ümid etdiyini bildirib ki, bu saziş hər iki tərəf üçün faydalı olacaq: “İslami irşad və mədəniyyət nazirinin müavini cənab İntizaminin Bakı səfərində bizə əməkdaşlıq sazişi imzalamaq təklif olundu. Araşdırdıqdan sonra biz bu nəticəyə gəldik ki, İSNA agentliyini əməkdaşlıq üçün seçək. APA İSNA kimi bir şirkətlə əməkdaşlıq etməkdə və təcrübələrini bölüşməkdə maraqlıdır”.

Görüşün sonunda V.Mahirqızı İSNA agentliyinin ofisinə baxış keçirib və agentliyin iş fəaliyyəti ilə yaxından tanış olub.

Qeyd edək ki, İSNA agentliyi 1999-cu ildə fəaliyyətə başlayıb. Bu gün İranda etibarlı xəbər mənbəyi hesab olunur. İranda oxucu sayına görə öndə gedən 3 agentlikdən biridir.

Tehranda İranın İSNA xəbər agentliyi ilə “APA Holdinq” arasında 3 illik əməkdaşlıq sazişi imzalanıb.
Admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-01-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap