header

 Ərdoğan onu "faşist diktator" adlandıran deputatı məhkəməyə verib

CHP partiyasının mətbuat katibi Bülent Tezcan Türkiyə Prezidentini sərt tənqid edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif partiya üzvünü məhkəməyə verib.

İslamazeri.com "Reuters"-ə istinadla xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın öz "Twitter" səhifəsində məlumat yayıb. Məlumata görə, Türkiyənin aparıcı müxalifət partiyası olan Cümhuriyyətçi Xalq Partiyasının (CHP) mətbuat katibi Bülent Tezcan Türkiyə dövlət başçısını kəskin tənqid edib və onu "faşist diktator" adlandırıb.

"Prezidenti təhqir etdiyinə görə Bülent Tezcanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün Ankaranın Baş prokurorluğu ilə birgə hüquqi prosedura başlamışıq", - deyə vəkil H.Aydın bildirib.

Bildirək ki, CHP deputatı Tekirdağ merinin Ərdoğanı diktator adlandırması ilə bağlı şübhələri cavablandırarkən bunları deyib: "Bilmirəm, bizim merimiz belə bir ifadəni işlədib, ya yox. Ancaq mən burada, Tekirdağda deyirəm: Ərdoğan bir faşist diktatorudur!"

CHP partiyasının mətbuat katibi Bülent Tezcan Türkiyə Prezidentini sərt tənqid edib.
Admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-31-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap