Ayətullah Xamenei: İraqda əldə olunan qələbələrin sirri vəhdət və ... - ّFoto
Posted on :
iran
10/26/2017
İraqda terrorçular və onları dəstəkləyənlərə qarşı mübarizədə əldə olunan qələbələrin sirri müxtəlif tayfaların vəhdəti, mömin və qorxmaz gənclərin dəstəklənməsindədir.
Maide.Az “leader.ir” saytına istinadən xəbrə verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün İraq Baş naziri Heydər əl-İbadi ilə görüşündə deyib.
Ayətullah Xamenei İraq hökumətinin ölkənin ərazi bütövlüyünün və hakimiyyətinin qorunması istiqamətində gördüyü işləri dəstəklədiyini bildirib və İraqı Ərəb dünyasında önəmli və təyinedici bir ölkə adlandırıb.
Ayətullah Xamenei İraq hökumətinin qonşu və region ölkələr ilə əlaqələrini inkişaf etdirməkdə göstərdiyi səyləri də dəstəklədiyini bildirib. “Eyni zamanda Amerikalıların hiylələrindən ehtiyatlı olmalısız və onlara heç vaxt güvənməməlisiz. Amerikalılar özləri İŞİD-i yaradıb. Lakin indiki terrorçular İraq xalqı və dövləti qarşısında məğlub olub, bu böyük dəyişiklik qarşısında özlərini sizə yaxın göstərirlər. Əlbətdə heç şübhəsiz imkan tapan kimi yenidən İraqa zərbə vuracaqlar”.
Ayətullah Xamenei İran və İraq arasında müxtəlif sahələrdə hərtərəfli əlaqələrin inkişaf etdirilməsini dəstəklədiyini bildirib.