header

 ABŞ Türkiyə ədliyyə nazirliyinin heyətinə viza verməyib

Türkiyənin informasiya mənbələri bildiriblər ki, ABŞ Türkiyə ədliyyə nazirliyinin heyətinə viza verməyibdir.

Vaşinqton və Ankaranın qarşılıqlı viza sanksiyası çəkişməsinin ardınca Amerika dünən Türkiyə ədliyyə nazirliyinin heyətinə vizanın verilməsilə müxalifət edib.

Türkiyədə çıxan Huriyyət qəzetinin vebsaytı yazıb: Amerikanın Dövlət Departamenti viza məhdudiyyətlərinə görə, Türkiyə ədliyyə nazirliyi heyətinin vizasını təsdiq etməyibdir.

Türkiyə ədliyyə nazirliyinin yüksək səviyyəli heyəti qərar üzrə Vaşinqtonda bir neçə rəsmi görüş keçirməli idi.

Lakin Türkiyənin ədliyyə nazirliyi dünən gecə bir məlumatda Amerika Dövlət Departamentinin həmin ölkənin məhkəmə heyətinə viza verməməsi barədəki xəbərləri təkzib edib və bildirib ki, Amerikaya səfərin ləğvinin səbəbi, iki ölkə arasındakı viza sanksiyası çəkişməsidir.

Vaşinqton ilə Ankara arasında viza sanksiyası gərginliyi 2017-ci il oktyabrın səkkizindən, Amerikanın İstanbuldakı konsulxanası işçilərindən iki nəfərin casusluq, eləcə də adı, ötən il Türkiyədə keçirilmiş uğursuz dövlət çevrilişində birinci dərəcəli müttəhim kimi hallandırılan Fəthullah Gülənin qrupu ilə əlaqədə olmaq ittihamı ilə həbs olunmasının ardınca başlanıbdır.

Türkiyənin informasiya mənbələri bildiriblər ki, ABŞ Türkiyə ədliyyə nazirliyinin heyətinə viza verməyibdir.
Admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-25-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap