header

 İran və Azərbaycan ticarət əlaqələri 400 milyon dollara çatdı

İran İslam Respublikasının Azərbaycandakı səfiri cari ilin ilk 8 ayında iki ölkə arasındakı ticarət əlaqələrinin 400 milyon dollara çatdığını bildirib.

İRİB-nin verdiyi məlumata görə, Cavad Cahangirzadə Bakıda keçirilən Beynəlxalq Tikinti Sənayesi Sərgisində iştirak edən İran şirkətlərinin pavilyonlarına baxış keçirdiyi zaman deyib: Bu ticarət mübadiləsinin üçdə biri tikinti materiallarına aiddir.

O, Azərbaycanın qarşıdan gələn illər ərzində otellərinin sayını 500-dən 1000-ə çatdırmaq niyyətində olduğunu xatırladıb və deyib: Bu, İran İslam Respublikasında tikinti sənayesində fəaliyyət göstərən şirkətlər üçün yaxşı potensial sayılır. 

Cahangiri İranın tikinti məhsullarının keyfiyyətli olmasına işarə edərək, deyib: Azərbaycanın tikinti bazarı ilə  yanaşı, bu ölkə bir tramplin ölkədir və regionun 200 milyonluq bazarına giriş üçün qapı sayılır. Və bu potensialdan istifadə etmək lazımdır. 

İran İslam Respublikasının Azərbaycandakı səfiri cari ilin ilk 8 ayında iki ölkə arasındakı ticarət əlaqələrinin 400 milyon dollara çatdığını bildirib.
Admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-19-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap