header

 Bakıda iranlı tələbəni qətlə yetirənlər həbs edildilər

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu birgə bəyanat yayaraq, Bakıda iranlı tələbəni qətlə yetirən şəxslərin həbs edildiyini bildiriblər.

İRNA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu tərəfindən yayılan birgə bəyanatda deyilir: Azərbaycanın təhlükəsizlik və hüquq-mühafizə qüvvələri bu cinayəti törədənlərin kimliyini müəyyən və onda iştirak edən 5 nəfəri həbs ediblər. 

Bəyanatda bu cinayətin Yunis Cəmali, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əli Məhəmmədov və Zahid Dünyamalıyev tərəfindən törədildiyi bildirilir. 

Bu şəxslər oğurluq məqsədi ilə öldürülən şəxsin mənzilinə daxil olub və onu qətlə yetiriblər. 

Azərbaycan mediaları ötən cümə günü 23 yaşlı bir iranlı tələbənin Bakının Novxanı qəsəbəsində, yaşadığı mənzildə qətlə yetirilməsindən xəbər vermişdilər. 

Saman adlı bu tələbə Bakı Tibb Universitetinin 5-ci kurs tələbəsi olubvə ötən cümə axşamı yaşadığı mənzildə qətlə yetirilib.  

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu birgə bəyanat yayaraq, Bakıda iranlı tələbəni qətlə yetirən şəxslərin həbs edildiyini bildiriblər.
Admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-18-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap