header

 İranlı karikaturaçılar Trampa etiraz ediblər

İranlı karikaturaçılar Trampın Fars körfəzini saxta adla adlandırmasına öz sənət əsərləri ilə reaksiya veriblər.

Karikatura çox sadə bir sənət dili olaraq təsvir sənətində ən sürətli reaksiya potensialına malikdir. Trampın Fars körfəzinin rəsmi və tarixi adını başqa saxta adla əvəz etməsi bu sənətkarların birləşməsinə səbəb olub. İranlı karikaturaçılar buna öz əsərləri ilə cavab veriblər və  Fars körfəzi  mövzusunda təşkil olunan sərgidə ölkə boyu karikaturaçılardan 55 əsər təqdim olunub. 

Trampın bu səhvi iranlı sənətkarların fərqli siyasi baxışlarından asılı olmayaraq Tramp idealarına nifrət fəaliyyətlərində birləşmələri ilə nəticələnib. 

İncə sənət mərkəzinin müdiri seyid Məsud Şücai Təbatəbayi: Bu sərgi Trampın əsassız iddiasına sənət cavabıdır, demək olar ki, o prezident rolundan daha çox dəllal rolunu ifa edir və bu əsərlərdə görürük ki, Trampın diqqəti daha çox ərəb ölkələrinədir və o artıq aliş-veriş təfəkkürü ilə hər şeyə baxır. Virtual fəzada yerləşdirdiyimiz bir neçə əsər minlərlə dəfə tvit olub və bu əsərləri tam şəkildə yayarsaq əminəm ki, daha geniş miqyasda baxılacaq. Biz mesajımızı sərhəddən kənara çatdırmaq üçün bütün mövcud beynəlxalq potensiallardan faydalanırıq. 

Qeyd edək ki, Tehran bələdiyyəsinin gözəlləşdirmə təşkilatının əməkdaşlığı ilə bu sərgidəki əsərlər Tehran şəhərinin reklam yerlərində də nümayiş etdiriləcək. 

İranlı karikaturaçılar Trampın Fars körfəzini saxta adla adlandırmasına öz sənət əsərləri ilə reaksiya veriblər.
Admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-18-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap