header

 Türkiyə: İraqla birgə PKK-ya son qoymağa hazırıq

Türkiyə PKK terror təşkilatı ilə bağlı bəyanat yayıb.

İslmazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, rəsmi Ankara PKK terror təşkilatının İraq ərazisindəki mövcudluğuna son qoymaq üçün rəsmi Bağdadla əməkdaşlıq etməyə hazırdır. Bu haqda Türkiyə XİN-in bəyanatında deyilir.

Sənəddə Türkiyənin İraqın ərazi bütövlüyünü və onun siyasi birliyini dəstəklədiyi vurğulanır.

"Regionda sülh və sabitlik naminə PKK-ın İraq torpaqlarındakı mövcudluğuna son qoymaq üçün İraq hökuməti ilə əməkdaşlıq etməyə hazırıq."-, - deyə bəyanatda deyilir.

Qeyd edilir ki, Türkiyə İraq hökumətinin Kürdüstan referendumundan sonra Kərkükdə konstitusiya nizamının bərqərar edilməsi istiqamətində attığı addımları diqqətlə izləyir və İraq hökumətinin İraq Kürdüstanı və PKK arasında əməkdaşlığın təhlükəsi barədəki bəyanatlarından razıdır.

"Şimali İraq rəhbərliyinə attığı addımlara görə məsul olması barədə xəbərdarlıq edirik. Onlar, PKK-ya sığınacaq verərək, öz əvvəlki xətalarını daha da dərinləşdirirlər.", - deyə bəyanatda bildirilib.

Türkiyə PKK terror təşkilatı ilə bağlı bəyanat yayıb.
Admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-17-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap