İran Prezidentindən Ermənistan Baş nazirinə TÖVSİYƏ
Posted on : iran 10/16/2017 1:00:35 PM
Ruhani Karaptyanla görüşdə: Regionda müharibə və münaqişə heç bir ölkənin xeyrinə deyil.
İran Prezidenti
Həsən Ruhani Ermənistan Baş naziri Karapetyanla görüşündə regionda müharibə və
münaqişənin heç bir ölkənin xeyrinə olmadığını vurğulayıb.
İslamazeri.com
İran mediasına istinadən xəbər verir ki, Prezident Ruhani Tehrana səfər edən
Ermənistanın Baş naziri Karapetyanla görüşündə iki ölkənin inkişaf edən əlaqələrini
qeyd edib.
Ruhani İranın
Avrasiya İstisadi Birliyinə qoşulmasının regionda yeni əməkdaşlıq və əlaqələrin
formalaşmasında təsirli olacağını vurğulayıb.
Ruhani həmçinin
regionda müharibə və münaqişənin heç bir ölkənin xeyrinə olmadığını vurğulayıb.
Görüşdə
Karaprtyan da iki ölkə arasındakı əlaqələrin bütün sahələrdə inkişaf etməsini
istədiklərini bildirib.