header

 Ayətullah Sistani məhərrəm və səfar aylarında toy və bəzənmək kimi işlər haqda fətva verib

İmam Hüseynin Kərbəla faciəsi ilə əlaqədar olaraq məhərrəm və səfər ayları matəm ayları kimi qeyd olunur.

Sumariyyə agentliyi Ayətullah Seyyid Əli Sistaniyə məhərrəm və səfər aylarında bu ayların ehtiramına münasib olmayan əməllərin icrasına münasibətini dərc edib.

 

Sualda qeyd olunur: Bəzi möminlər Məhərrəm və Səfər aylarına uyğun olmayan əməlləri icra edirlər. Bu əməllərdən evlənmək, yeni evə köçmək, ev əşyalarının dəyişdirilməsi, bədən və libasın zinətlənməsi, yaxud yeni layihələrə başlamaq və bu kimi işləri misal çəkmək olar. Bütün bunların şəri hökmu nədir?

 

Cavab: Deyilən işlər qeyd olunan vaxtlarda haram deyil.

 Ancaq gərək sevinmək və zinətlənmək kimi işlər Aşura gününün əzəmətini aradan aparmasın.

Bəli, insan gərək vacib zərurət tələb etmədiyi hallarda bu kimi işləri  Əhli-beytin (ə) fəlakətlərində və onların kədərləndiyi günlərdə etməsin. Bu kimi işləri zərurət olmadığı hallarda Əhli Beytin (ə) hüzün və kədəri  ilə müşaət olunmayan günlərdə etsinlər. Özləri üçün hüzn və əzadarlıqdan başqa vaxtları seçsinlər. /islaminSesi.info

İmam Hüseynin Kərbəla faciəsi ilə əlaqədar olaraq məhərrəm və səfər ayları matəm ayları kimi qeyd olunur.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:35 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap