header

 Ayətullah Sistani başsağlığı verdi

İraqın nüfuzlu müctəhidi Ayətullah Seyid Əli Sistani ölkənin keçmiş prezidenti Cəlal Talabaninin ölümü ilə əlaqədar ailəsinə başsağlığı verib

Ayətullah Sistaninin başsağlığı mətnində İraqın sabiq prezidenti, Kürdüstan Vətənpərvərlər Birliyinin baş katibi Cəlal Talabaninin daim İraq xalqını düşündüyü və öz hakimiyyəti dövründə iraqlıları birləşdirmək üçün çox çalışdığı qeyd olunub.  

 

 2012-ci ildə Amerika səfəri zamanı beyin qanaxması diaqnozu ilə xəstəxanaya aparılan Talabani müalicəsini Almaniyada davam etdirdi. Səhhəti yaxşılaşandan sonra İraqın Süleymaniyə şəhərinə geri döndü. Amma onun səhhəti vəzifəsini davam etdirməyə imkan vermədi. 2014-cü ildə keçirilən seçkilərdə Talabaninin uşaqlıq dostu, kürd namizəd Fuad M'sum qələbə qazandı. Talabani isə aktiv olmasa da sonrakı siyasi proseslərdə iştirak edirdi. Yenə də səhhəti ilə əlaqədar Almaniyaya gedirdi.   

 

O, oktyabrın 3-də 83 yaşında Almaniyada müalicə aldığı klinikada dünyasını dəyişdi.

 

Mənbə:eastnews

İraqın nüfuzlu müctəhidi Ayətullah Seyid Əli Sistani ölkənin keçmiş prezidenti Cəlal Talabaninin ölümü ilə əlaqədar ailəsinə başsağlığı verib
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:34 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap