header

 Himalay dağlarının döşündə İmam Hüseyn (ə) aşiqlərinin rayonu-Foto

Skardu Pakistanın şimal-şərqində Himalay dağlarının döşündə əsasən 12 imami şiələrin yaşadığı möhtəşəm mənzərəli bir rayondur.

Dəniz səviyyəsindən 2280 metr hündürlükdə yerləşən Skardu Pakistanın Qilqit-Baltistan əyalətində Hindistan və Çin sərhədlərinə yaxın dağlıq ərazidədir.

 

Dünyadan gələn turistlərin və alpinistləri özünə cəlb edən bir rayondur.

 

Bura bir əsrdən artıqdır ki şiələrin məskənidir. İranda İslam İnqilabı qələbə çalandan sonra pakistanlılar Skardunu “Kiçik İran” adlandırdılar.

 

Məhərrəm ayında bu rayon bütünlüklə İmam Hüseyn əzasına qərq olur.

 

Məlumata görə Skardu Pakistanın ən təhlükəsiz bölgəsidir. Burada indiyə qədər bir dəfə də olsun belə terror aktı baş verməyib. Rayonun həbsxanasında da arətən iki adamdan artıq şəxs olmur.

 

Yerləşdiyi coğrafi ərazi və təmiz havası və suyu dünyanın bütün yerlərindən turistlərin bura axınını təmin edir.

 

Məlumata görə bu rayondan Nəcəf və Qumda dini təhsil alıb ölkəyə qayıtmış yüzlərlə alim var.

 

TasnimNews-un məlumatına görə son illərdə Pakistanın müxtəlif bölgələrindən buraya gələn vəhhabi düşüncəli iş adamları daha fəal olub. Onlar əsasən rayonun inzibati ərazisində kütləvi şəkildə yer və obyektlər alamaqla məşğuldurlar.

 

Skardu camaatı rayonlarının Kərraçi kimi bölgələrin taleyinə düçar olmaqdan qorxurlar./ İslaminSesi.info













Skardu Pakistanın şimal-şərqində Himalay dağlarının döşündə əsasən 12 imami şiələrin yaşadığı möhtəşəm mənzərəli bir rayondur.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:34 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap