Ərdəbil Məhde Təşəyyo - in
verdiyi məlumata görə, millət vəkili Qənirə Paşayeva öz "facebook"
hesabında hər kəsi İraqda yaşayan soydaşlarımıza yardıma çağırıb:
“Mən bir aylıq maaşımı İraq türkmanlarına
– yəni bu ölkədə yaşayan soydaşlarımıza yardım fonduna bağışladım və
imkanı, gücü çatan hər kəsi onlara yardıma çağırıram. ...Bilirəm ki, hər
səkkiz nəfərindən biri qaçqınlıq, köçkünlük taleyi yaşamış,
mərhumiyyətlər görmüş Azərbaycan Respublikası vətəndaşları bu çağırışı
dəstəkləyəcək. Söhbət canı canımızdan, qanı-qanımızdan olan İraq türkman
qardaş-bacılarımızdan gedir. Son 100 ildə başı böyük müsibətlər çəkmiş
qardaş-bacılarımızın bugünkü durumu son zamanlar İŞİD terror
təşkilatının İraqda törətdiyi insanlıq dramı və vandalizm aktları
üzündən çox ağırlaşıb. Şiə türkmanların durumu isə daha ağırdır.
Çünki İŞİD üçün şiələr bağışlanmaz
düşmənlərdir və təəssüf ki, biz çağdaş sviliziasiya zamanında müsəlman
dünyasında bu cür cahilliyin şahidi oluruq... Amma sünni türkman
qardaşlarımız da İŞİD əlindən az əziyyət çəkmirlər. İŞİD-in türkman
bölgələrinə hücumları sonucunda 200 mindən çox soydaşımız öz evlərini,
yurdlarını tərk edərək qaçmaq, məcburi köçkün həyatı yaşamaq
məcburiyyətində qalıb..!
Qətlə yetirilən, köçkün salınan türkman
qardaş-bacılarımızın sayı sürətlə artmaqdadır. Təlafər, Tuzhurmatu,
Bayat köyləri, Bəşir ve Tazəhurmatu əhalisinin önəmli bölümü yaşayış
yerlərini tərk etdi..! Bu insanların hər türlü insani yardıma və
özəlliklə də, səhra istisindən qorunmaq üçün çadırlara ehtiyacı var.
Kömək istəyirlər... Sizcə o köməyi kimlər ilk növbədə etməlidir yaxud
qardaş-bacılarımızın ağıllarına gələn ilk ölkələr hansılardır?!. – Təbii
ki, ilk öncə bizdən, dünyadakı qardaş-bacılarından, soydaşlarından!..
Onlar bütün Türk Dünyasına, dünyaya səslənirlər... Bizi eşidin deyirlər,
bizi unutmayın deyirlər... Kömək edin deyirlər… Kömək gözləyirlər –hər
keçən ay, həftə deyil, gün, saat belə onların əleyhinə işləyir..! Bu
vahim gedişi durdurmaq üçün üzərimizə düşən mənəvi sorumluluğu
dəyərləndirməliyik!
Türkmanlara yardım təşkilatlarının hesab saylarını Sizinlə paylaşıram…
Türkmeneli İşbirliği ve Kültür Vakfı hesapları
Vakıflar Bankası - Çankaya Şubesi –
Şube kodu: 281
TR33 0001 5001 5800 7293 5435 17 Türk Lirası hesabı
TR33 0001 5804 8000 3306 20 ABD dolları hesabına
“Türkmen mültecilerine bağış” yazaraq yatıra bilərsiniz.
Amma yardımlarınızı necə edə
bilməklə bağlı problemləriniz yaransa Türkmeneli İşbirliği ve Kültür
Vakfı telefonları ilə :0090312. 442 42 65 və 0090312. 433 43 73 veya
009.0533.2552660(Şemsettin Küzeci) (Türkiyə) əlaqə saxlaya bilərsiniz.
P.S. Bilirəm, yenə kimlərsə bu çağırışıma
ağız büzəcək, kimlərsə tənqid edəcək, kimlərsə də, “bu bir reklamdır”
deyəcək, qoy desinlər – Tanrı hər kəsə öz ürəyinə görə versin. Amma ümid
edirəm ki, insanlarımızın böyük bir hissəsi dəstəkləyəcək və imkanı
olanlar əllərindən gələn dəstəyi əsirgəməyəcəklər."