“İŞİD-ə qoşulan 300-ə yaxın azərbaycanlı döyüşlərdə ölüb” - Mədət Quliyev
Posted on : qafqaz 10/16/2017 1:00:34 PM
“Son 5 il ərzində müəyyən sayda Azərbaycan vətəndaşları qara təbliğata inanıb İŞİD-ə qoşulublar. İnanıblar ki, yaxşı iş görüblər. Amma əslində bu, cinayət işidir”.
"İslaminSesi"
Trend-ə istinadən verdiyi məlumata görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin
rəisi Mədət Quliyev deyib.
M.Quliyev
bildirib ki, 900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulmuşdu: “Onlardan 85-i
hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və pentensiar xidmətdədirlər.
195 nəfər Azərbaycan vətəndaşlığı hüququndan məhrum edilib, bir çoxu isə döyüş
zamanı həlak olub. İraqda Azərbaycan vətəndaşlarının kütləvi olduğu yerdə 300-ə
yaxın azərbaycanlı məhv edilib. Əməkdaşlarımız hazırda İraqdadırlar və
araşdırırıq ki, bu məlumat düz və ya səhvdir”.