header

 Talışlar Bakıda aksiya keçirdi, cərimələndilər

Bu gün Cənub bölgəsinin sakinləri ANS telekanalında təhqir olunduğu üçün aksiya keçirirlər

 R.Cəlilovun "Turan"-a verdiyi məlumata görə, o, bir qrup şəxslə birlikdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanovun abidəsinə gül qoymaq üçün Şəhidlər Xiyabanına gəlib.

 

Lakin polis avtomobilin Şəhidlər Xiyabanının yaxınlığında saxlanılmasına mane olub.

Cəlilov irəliyə gedib və dayanıb, maşından endikdə polis onu saxlayıb və məhkəməyə aparıb.

“Məhkəmədə polislər bildiriblər ki, mən onlara kobudluq etməmişəm, mənə qarşı başqa iradları yoxdur. Bununla belə, məni 200 manat cərimə ediblər”, - deyə Cəlilov bildirib.

 

O, məhkəmənin qərarından apelyasiya şikayəti vermək niyyətindədir.

 

Qeyd edək ki, aylıq “Tolışon sədo” qəzeti “Tolışi sədo” qəzeti deyil.

 

* * * 13:34

 

Aksiya polis tərəfindən dağıdılıb.

 aksiyaçılar ilk öncə Həzi Aslanovun məzarını ziyarət etdikdən sonra ANS telekanalı istiqamətdə yürüş edəcəkdi. Lakin polis aksiyaçıları toplaşmaq istəyərkən dağıdıb.

 

Məlumata görə, polis aksiyada iştirak edən ağsaqqalları danışıqlar aparmağa çağırıb və onları polis bölməsinə aparıb. Polis söz verib ki, kimsə kimisə təhqir edibsə, mütləq üzr istəyəcək.

*  *   *   12:43

 

 aksiyaçılar Fəxri Xiyabanda Həzi Aslanov heykəlinin qarşısından ANS telekanalı istiqamətində yürüş edirlər. Aksiya başlamamış Talış Mədəniyyət Mərkəzinin sədri Rafiq Cəlilov və bir neçə şəxs polis tərəfindən saxlanılıb. 

Aksiyaçılar Talışlara qarşı aparılan aşağılayıcı məqsədli siyasətə son qoyulmasını, efirdən səslənən təhqirlərə görə, üzr istənilməsini tələb edirlər.

 

Bu gün Cənub bölgəsinin sakinləri ANS telekanalında təhqir olunduğu üçün aksiya keçirirlər
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:37 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap