Bu gün Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun ad günüdür
Posted on : qafqaz 10/16/2017 1:00:33 PM
Bu gün Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun ad günüdür
Bu gün Azərbaycan
İslam Partiyasının sədri Mövsüm Səmədovun doğum günüdür. Bu münasibətlə
partiyanın mənzil qərargahında tədbir keçirilib. Partiyanın sədr əvəzi AİP üzvləri
adından Mövsüm Səmədova təbrik ünvanlayıb. Mətbuat xidmətindən daxil olan məlumatda
deyilir:
"Azərbaycan
İslam Partiyasının sədri Mövsüm Səmədov 4 sentyabr 1965-ci ildə Quba rayonunda
ziyalı ailəsində anadan olub. O, Azərbaycan Tibb Universitetini bitirib. Vətən
qarşısında hərbi xidmət borcunu zabit heyətində yerinə yetirib. M. Səmədov həkimlik
peşəsilə bir neçə il insanların xidmətində dayanıb. O, sonra həm də ali ruhani
təhsili alıb. 1990-cı ildə Mövsüm Səmədov Milli Azadlıq Hərəkatında iştirak
edib. O, siyasi fəaliyyətinə AXC sıralarında başlayıb. 1993-cü ildə Mövsüm Səmədov
Azərbaycan İslam Partiyası sıralarına qəbul edilib. Səmədov əvvəlcə AİP Quba
rayon komitəsinə, 2007-ci ildə siyasi qurumun növbəti qurultayında seçilərək
partiyaya rəhbərlik etməyə başlayıb. O, bu gün islamçıların lideri və AİP sədri
kimi sevilir, bütün fikir və düşüncələri böyük rəğbətlə qarşılanır.
Doğum günü
münasibətilə qurumun mərkəzi ofisində düzənlənən tədbirdə AİP sədr əvəzi Hacı
İlham Əliyev partiya funksionerləri, partiyanın bütün üzvləri, ümumən
islamçılar və hacını sevənlər adından Doktor Mövsüm Səmədovu doğum günü münasibətilə
ürək sözlərini ifadə edərək təbrik ünvanladı. Təbrikdə deyilir:
“Əziz
qardaşımız, çox hörmət bəslədiyimiz Hacı Mövsüm! Sizi öncə Allahın bəşəriyyətə
rəhmət və mərhəmət, sevgi və şəfqət dolu münasibətini əks və simvolizə edən müqəddəs
Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik. Doğum gününüz,
Allahın Sizin kimi bir təqvalı insanın cəmiyyətimizə bəxş etdiyi bir tarix də həmçinin
bizim üçün olduqca dəyərlidir. İctimai həyata yetkin qədəm qoyduğunuz zamandan
həmişə Allahın məhzərində və hüzurunda olduğunuzu qəlbən bilən, hər hansı məsiyyət
və günahlardan uzaq olan birisisiniz. İstər dini və istərsə də siyasi fəaliyyətinizdə
kimliyindən asılı olmayaraq insanların qayəsinin təmizlənməsi uğrunda faydalı,
cəmiyyətimizin sağlam ruhu və layiqli gələcəyi üçün xeyirli fikir, düşünsə
sahibi, iradəli, qorxmaz addımların müəllifi olmusunuz. Sizi cəmiyyətimiz əqidəsindən
heç zaman dönməyən, xalqını, Vətənini, torpağını və dinini canından əziz tutan
insan, lider kimi tanıyır, qəbul edir. Bu gün Azərbaycan xalqının Sizin kimi
liderlərə ehtiyacı hər zamankından böyükdür. Dünyaya haqqı batildən ayıran təfəkkür,
zülmün qarşısında baş əyməyən şəxsiyyətlər və zalımların zərərli vərdişlərini həmişə
tənqid etmək xüsusiyyətinə malik olan təmkinli, tədbirli cəsarət sahibləri
lazımdır. Malik olduğunuz bu xüsusiyyətlərlə fəxr etməyə dəyər.
Hörmətli
qardaşımız! 52 yaşınızın məhbəsdə qarşılanmasını biz malik olduğunuz yüksək
insani dəyərlərin daşıyıcısı olmağınıza rəğmən cəmiyyətimizə, onun sağlam mənəvi
gələcəyinə zərər verə və zərbə vura biləcək məqam kimi qiymətləndiririk. Arzu
edirik ki, Sizə və deməli cəmiyyətimizə qarşı atılan bu zərərli addımlar geri
atılmalı və cəmiyyətə, ailənizə qovuşmaq istəyimizə Allah-təala Özü kömək
olsun.
Əziz Hacı
Mövsüm Səmədov, Sizi bir daha doğum gününüz münasibətilə qəlbən təbrik edirik,
Sizə Allahdan möhkəm can sağlığı, arzu və bəşəri niyyətlərinizin tezliklə həyata
keşməsini diləyirik. Amin!
52 yaşınız
mübarək olsun!”