header

 “Ölkədə siyasi məhbusların sayı hiddət doğuran həddə çatıb”

Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrup Mehman Əliyevin həbsi və ölkədə qalan yeganə müstəqil media qurumu “Turan” İnformasiya Agentliyinin işini dayandırması ilə bağlı hiddətini ifadə edir.

Qrupun yaydığı bəyanatda belə deyilir. Sənəddə bildirilir ki, “Turan” İA-nin rəhbəri M.Əliyev saxta vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq ittihamlarıyla həbs edilib. Yasamal Rayon Məhkəməsi avqustun 25-də onun haqqında noyabrın 7-dək həbs-qətimkan tədbiri seçib. Vergilər Nazirliyi avqustun əvvəlində agentliklə bağlı vergidən yayınma ittihamı üzrə cinayət işi açandan bəri qurumun hesabları dondurulub, bununla da agentliyin ictimaiyyət üçün əvəzolunmaz fəaliyyətini mümkünsüz edib.

“Ölkənin yeganə müstəqil informasiya agentliyinin qapadılması ilə ölkədə azad sözü, tənqidi fikri yerli və beynəlxalq ictimaiyyətə çatdıran informasiya məkanı daha da daralıb.

M.Əliyevin həbsi, “Turan” İA-nin bağlanması Azərbaycan hökumətinin insan haqları və azadlıqlar məsələsində güzəştə getmək fikrində olmadığının növbəti dəfə ultimativ nümayişidir.

M.Əliyevin həbsi ilə ölkədə siyasi məhbusların sayı hiddət doğuran həddə çatıb. Bu həbslə İşçi Qrupun araşdırmalarının yekunu olaraq təsdiqlədiyi siyasi məhbusların sayı ən azı 158-ə yüksəlib. Onlardan 10-u jurnalist və blogerlərdir.

Biz Azərbaycan Hökumətinin bu addımlarını pisləməklə yanaşı üzümüzü BMT, Avropa Şurası, ATƏT, Avropa Birliyi, Dünya Bankı və digər beynəlxalq təşkilatlara tutaraq tələb edirik: İnsan haqları və demokratiya məsələsinin avtoritar Azərbaycan hökuməti ilə danışıqlarda və işbirliyində alver predmeti kimi istifadə edilməsi, həmin hökumətin uzun illərdir vətəndaş cəmiyyətinə qarşı həyata keçirdiyi repressiyalara göz yuman siyasətinizə son qoyasınız” – bəyanatda deyilir.

Qrup üzvləri Avropa Şurasının Parlament Assambleyasını və Nazirlər Komitəsinə ünvanlanaraq Azərbaycanda siyasi məhbuslarla bağlı məsələnin həllində süründürməçiliyə son qoymağı və ölkədəki ağır duruma adekvat addımlar atmağı tələb edir:
“Sizin laqeydliyiniz ölkədəki repressiv reşimi vətəndaş cəmiyyətinin fəaliyyəti üçün müstəvini daha da daraltmağa təşviq edir.
Biz ABŞ və Avropa Birliyi ölkələri hökumətlərini Azərbaycanda insan haqlarına qarşı cinayətlər törədən şəxslərə qarşı ünvanlı sanksiyaları tətbiq etməyə çağırırıq.
Biz beynəlxalq maliyyə institutlarını ölkədə vətəndaş cəmiyyətinin normal fəaliyyətinə şərait yarananadək Azərbaycanın həyata keçirdiyi beynəlxalq və yerli xarakterli iqtisadi layihələrə dəstəyi dayandırmağa çağırırıq. Bu beynəlxalq maliyyə qurumları göstərəcəyi yardıma şərt olaraq, Azərbaycan hökumətindən özünün insan haqları və azadlıqları ilə bağlı öhdəliklərinə əməl etməsini, bütün siyasi məhbusları azadlığa buraxmasını, vətəndaş cəmiyyətinə basqılara son qoymasını və onların normal fəaliyyəti üçün şərait yaratmasını tələb etməlidirlər”.

Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrupa keçmiş siyasi məhbuslar, jurnalistlər və hüquq müdafiəçiləri İntiqam Əliyev, Anar Məmmədli, Rəsul Cəfərov, Xalid Bağırov, Əsabəli Mustafayev, Xədicə İsmayıl, Şahvələd Çobanoğlu, Fariz Namazlı, Rövşən Hacıbəyli və Samir Kazımlı daxildir. Qrup siyasi hesab edilən məhbus işlərini araşdırır və onlar barədə məlumatı əks etdirən hesabat təqdim edir.

Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrup Mehman Əliyevin həbsi və ölkədə qalan yeganə müstəqil media qurumu “Turan” İnformasiya Agentliyinin işini dayandırması ilə bağlı hiddətini ifadə edir.
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap