header

 Nabranda güllələndiyi deyilən polis rəisindən açıqlama

Yaralandığı haqda informasiya yayılan polis rəisi hazırda Bakıda, işinin başında olduğunu deyib.

Yerli KİV-lərdə Binəqədi rayon Mühafizə İdarəsinin rəisi, Xaçmaz rayon icra hakimiyyəti baçısı Şəmsəddin Xanbabayevin oğlu Samir Xanbabayevin Nabrdandakı istirahət mərkəzlərindən birində hansısa yüksək vəzifəli məmurun oğlu ilə mübahisə zamanı güllələndiyi haqda xəbər yayılıb.

 

Həmin xəbərdə iddia olunurdu ki, insidentdə yaralanan polis rəisi Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin xəstəxanadan bildiriblər ki, onlara bu adda xəstə daxil olmayıb.

 

Yaralandığı haqda informasiya yayılan polis rəisi virtualaz.org-a hazırda Bakıda, işinin başında olduğunu deyib.

 

“Mən anlamıram ki, bu dezinformasiyanı kim və hansı məqsədlə yayıb. Mən bu günlərdə ümumiyyətlə Bakı şəhərini tərk etməmişəm, iş yerimdəyəm. Bu, açıq-aşkar təxribatdır” - polkovnik-leytenant Samir Xanbabayev bildirib.

 

Sayt yazır ki, polis zabiti kifayət qədər gümrah səslə danışıb. Bu isə onun səhhətinin yaxşı olmasından xəbər verir. / islamazeri

Yaralandığı haqda informasiya yayılan polis rəisi hazırda Bakıda, işinin başında olduğunu deyib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:30 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap