Azərbaycanlı şagird ermənini belə pərt etdi - VİDEO
Posted on : qafqaz 10/16/2017 1:00:30 PM
Taylandın Naxom-Patom şəhərində keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında azərbaycanlı və erməni yarışmaçı arasında maraqlı hadisə baş verib.
Yarış qalibləri
mükafatlandırılan zaman erməni və azərbaycanlı şagird ardıcıllıqla səhnəyə dəvət
olunub.
Yarışmanın
qaydalarına görə, hər şagird səhnəyə çıxarkən, öz ölkəsinin bayrağını nümayiş
etdirməlidir. Bütün yarışmaçılar kimi azərbaycanlı şagird də bayrağımızı
nümayiş etdirib. Azərbaycanlı şagirdin ardınca isə erməni yarışmaçı səhnəyə dəvət
olunub. Sıralamaya əsasən azərbaycanlı və erməni yarışmaçı yanaşı dayanmalı
olub. Amma bir neçə saniyə keçməmiş azərbaycanlı şagird ermənini pərt edib. O,
Azərbaycan və Ermənistan bayraqlarının yanaşı dayanmasına imkan verməyib və
yerini dəyişib. Şagirdin bu addımı zalda böyük coşquya səbəb olub.
Qeyd edək ki,
Azərbaycan 49-cu Beynəlxalq Kimya Olimpiadasında 78 ölkə arasında 15-ci yerdə qərarlaşıb.(missiya.az)