Ayətullah Sistani Ayətullah Gülpayqaninin məktubuna cavab verdi - MƏTN
Posted on : Təqlid mərcələrinin 10/16/2017 1:00:29 PM
Ayətullah Sistani Ayətullah Safi Gülpayqaninin Mosulun azad olunması ilə bağlı təbrik məktubuna cavab ünvanlayıb.
“Farsnews”-a
istinadən, höccətül-islam vəl-muslimin Şəhristani tərəfindən Ayətullah Gülpayqaniyə
çatıdırılan məktubda bildirilir:
“Bismilləhir-Rahmənir-Rahim.
Allahın salamı,
rəhməti və bərəkəti üzərinizə olsun!
Ümid edirik ki,
daim İmam Zamanın (ruhumuz ona fəda) diqqəti və nəzərində və bütün bəlaladan
amanda olasınız. Cənabınızın Mosul şəhərinin təkfirçilərin şərrindən azad
olması ilə bağlı təbrik mesajı bizim təşəkkür və minnətdarlığımıza səbəb oldu.
İraq xalqının
qeyrətli qoca, cavan, böyük və kiçiyinin göstərdikləri rəşadət və canfəşanlıqları
son 3 ildə təsirli və həlledici olmuşdur. Bu hal bizim üçün gözlənilən olsa da,
həqiqi mənada fəxr və sevincimizə səbəb oldu və təqdirə və təşəkkürə layiq bir
haldır.
Ümid edirik ki,
cənabınızın xeyirli duaları vasitəsilə kafirlərin şər və hiylələri İraq və
bütün islam ölkələrindən uzaqlaşsın və Allah hamıya tam təhlükəsizlik və asayiş
əta etsin”. /İslamazeri.com