Ağdamın işğalından 24 il keçir
Posted on : qafqaz 10/16/2017 1:00:29 PM
Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 24 il keçir.
1993-cü il
iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonu ərazisinin
böyük hissəsi işğal olunub. Ərazisi 1094 kv.km olan Ağdamın 882 kv.km-i, bir şəhər
və 80 kəndi işğal olunub. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını
yaşayır. Onların 17 mini yaşlı nəslin nümayəndəsidir.
Ermənistan
silahlı qüvvələri tərəfindən Azərbaycanın Ağdam rayonunun işğalı nəticəsində 6
milyard 179 milyon dollar məbləğində ziyan dəyib. Təkcə kənd təsərrüfatı sahəsinə
dəyən ziyan 992,8 milyon manat dəyərindədir. Ağdam uğrunda gedən döyüş zamanı 6
mindən çox insan şəhid olub. / Maide.Az