İŞİD-in Türkiyədə yayılması haqqında xəbərdarlıq
Posted on : Təhlil 10/16/2017 12:59:37 PM
Hakim partiyanın mövqeyi İŞİD-ə uyğundursa, onda təbii olaraq onun adamları da İŞİD-ə nikbin olacaqdır
1-
Türkiyə milli məclisinin Xatay şəhərindən olan nümayəndəsi və milli hərəkat
partiyasının üzvü hakim partiyanın həmişə İŞİD-i dəstəklədiyinə işarə edərək demişdir: Hakim
partiyanın mövqeyi İŞİD-ə uyğundursa, onda təbii olaraq onun adamları da İŞİD-ə
nikbin olacaqdır. Bu qruplaşma Türkiyə dövlətinin mövqeyindən istifadə edərək
daha artıq fəaliyyət meydanı arayır. Şəfiq Çirkin İŞİD-in Suriya və İraqda çoxlu
qan tökdüyünü bildirərək hələ də bu terrorçu qruplaşmanın Türkiyədə milyonlarla
həvəskarı olduğundan təəssüf etmişdir. Türkiyə böyük millət məclisinin nümayəndəsi
Ədalət və İnkişaf partiyasının bu ölkəni fitnə alovuna sövq etdirdiyini bəyan
edərək demişdir: Bir tərəfdən İŞİD-in dəstəklənməsini, digər tərəfdən isə PKK
terrorçu qruplaşmasına qarşı mübarizənin daynmasının şahidiyik. Şəfiq Çirkin
xatırlatmışdır: Dövlətin İŞİD-i dəstəkləməsi nəhayət neçə miliyonluq ələviləri
qıcıqlandıracaq ki, bu da ölkədaxili məzhəb münaqişələrinə gətirib
çıxaracaqdır.